Azərbaycan Dövlət İnformasiya Agentliyi

LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN BƏYANATI

LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN BƏYANATI

- Sağ olun, cənab Prezident!

Mən demək istəyirəm ki, nümayəndə heyətimizin ölkənizə

səfəri regionda gedən siyasətin və proseslərin nə qədər vacib və mühüm olmasına dəlalət edir. Əmin edirəm ki, Sizinlə apardığımız fikir mübadiləsi beynəlxalq məsələlərdə üst-üstə düşən mövqelərimizi daha da möhkəmləndirəcək və eyni zamanda, ikitərəfli münasibətlərə də müsbət təsir göstərəcəkdir. Cənab Prezident, bu fürsətdən istifadə edərək, ölkəmizdə səfirliyinizin açılması qərarına görə Sizə minnətdarlığımı bildirirəm və əminəm ki, parlamentiniz də bu qərarı dəstəkləyəcəkdir. Mən Sizə məlumat vermək istəyirəm ki, bizim hökumət də ölkənizdə səfirliyini açmağı planlaşdırır. Bir sözlə, ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər mövcuddur.

Mən cənab Prezidentin burada qeyd etdiyi məsələləri təkrar etmək istəmirəm. Bildirirəm ki, cənab Prezident bütün məsələləri - ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair məsələləri əhatə etdi.

Mən və nümayəndə heyətimiz ölkənizdə olmaqdan çox məmnunuq və biz ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün potensialdan istifadə etməliyik.

Bir daha çox sağ olun. Hesab edirəm ki, biz münasibətlərimizin yeni bir səhifəsini açırıq və zənnimcə, dünyanın digər ölkələri üçün nümunə ola bilərik. Hesab edirəm, gələcəkdə daha güclü strateji tərəfdaşlıq edə biləcəyik. Çox sağ olun.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım enerji ilə bağlıdır. Birinci sualım cənab Adamkusadır. Siz Azərbaycanın neft və qaz məhsullarının alınması məsələsini müzakirə etdinizmi? İkinci sualım isə cənab Prezident Əliyevədir. Ukrayna kimi ölkələr enerji əməkdaşlığına Avropa İttifaqına və NATO-ya daxil olmaqdan ötrü bir fürsət kimi baxır. Siz öz enerji resurslarınızın Avropa bazarlarına çıxarılmasında qarşınıza hansı məqsədi qoyursunuz?

İLHAM ƏLİYEV: Bizim enerji siyasətimiz çox uğurla həyata keçirilir. Artıq on ildir ki, biz Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft və qaz yataqlarında işləyirik. Azərbaycanda həyata keçirilən enerji layihələri bu gün dünyanın ən böyük enerji layihələridir. Bizim çox müasir nəqliyyat infrastrukturumuz var. Hazırda üç neft kəmərimiz var, onlardan ikisi neftimizi Qara dənizə çıxarır və oradan neft Avropa bazarlarına göndərilir. Üçüncüsü isə əsas ixrac boru kəməridir. O, bu yaxınlarda istismara verilmişdir və artıq Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarır. Yəni bizim enerji daşıyıcılarımız artıq Avropaya və beynəlxalq bazarlara daxil olur. Biz eyni zamanda, qaz layihəsi üzərində çalışırıq. Xüsusən də, böyük qaz kəmərinin çəkilməsi sahəsində işləri görürük. Bununla biz Azərbaycan qazını Qara dəniz və Aralıq dənizi regionlarında istehlakçılara çatdıra biləcəyik. Bütün bu layihələr şaxələndirilmiş neft və qaz təchizatı üçün imkanlar yaradır. Azərbaycan artıq dünya və Avropa bazarlarında etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilir.

VALDAS ADAMKUS: Mən aşağıdakı məsələləri qeyd etmək istəyirəm. Təbii ki, biz, cənab Prezidentlə Litvanın Azərbaycan nefti və qazının istifadəçisinə çevrilməsi ehtimalını müzakirə etdik və cənab Prezident artıq onu qeyd etdi. Təbii ki, texniki baxımdan bu, mümkündür. Azərbaycanın bütün Avropa bazarlarına neft və qaz göndərilməsinə dair böyük planları var. Hesab edirəm ki, Azərbaycan bu sahədə bizim üçün də fürsət yaradacaq və bu istiqamətdə bizimlə də işləyəcəkdir. Yəni Azərbaycan indi bu sahədə olan inhisara son qoyaraq, öz məhsullarını dünya və Avropa bazarlarına çıxaracaqdır.

- Mənim sualım Litva Respublikasının Prezidentinədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmışdır. Bu, Cənubi Qafqaz regionunun sosial və iqtisadi inkişafına əsas maneədir və eyni zamanda, regionun sabitliyi üçün təhlükə yaradır. Avratlantik ailəsinə tam inteqrasiya olunmaq yolunu tutmuş ölkənin Prezidenti kimi Siz bu məsələnin həlli yolunu necə görürsünüz?

VALDAS ADAMKUS: Hər hansı münaqişə regionun və dünyanın sabitliyinə təhlükədir. Hesab edirəm ki, burada başqa seçim olmamalıdır. Yəni beynəlxalq ictimaiyyət öz müqəddəratını təyinetmə, suverenlik və hər bir ölkənin özünün qərarlar qəbul etmək hüququna hörmətlə yanaşmalıdır. Hesab edirəm ki, bu münaqişə hərb yolu ilə yox, saziş və danışıqlar yolu ilə öz həllini tapmalıdır və beynəlxalq ictimaiyyət buna müşahidəçi kimi baxa bilməz. Zənnimcə, Avropa İttifaqı birmənalı olaraq, sülhün bərqərar edilməsində və regional münaqişələrin aradan qaldırılmasında bir vasitəçi kimi fəal şəkildə çıxış etməli və qəbul olunmuş ədalətli qərarları dəstəkləməlidir.

- Cənab Prezident, mənim də eyni sualım var. Sizin fikrinizcə, Dağlıq Qarabağ məsələsi nə vaxt və hansı yolla həll olunacaq?

İLHAM ƏLİYEV: Bilirsiniz, bunun vaxtını demək çətindir. Çünki bu, yalnız bizdən asılı deyildir. Bu, iki tərəfdən asılıdır, yəni danışıqlarda iştirak edən iki tərəfdən asılıdır. Əfsuslar olsun ki, son on il ərzində aparılmış danışıqlar heç bir nəticə verməmişdir. Artıq on ildən çoxdur ki, Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır. 1980-ci illərin sonunda Azərbaycana qarşı başlanmış təcavüzkar separatizm siyasəti ölkəmizin ərazisinin 20 faizinin işğalı ilə nəticələndi. Burada Dağlıq Qarabağ və onun ətrafındakı yeddi inzibati rayon nəzərdə tutulur. Hazırda onlar Ermənistanın işğalı altındadır. Etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, böyük bir humanitar fəlakətdir. Bu, çox ədalətsiz bir vəziyyətdir və bunun gözlənilməz nəticələri ola bilər. Azərbaycan məsələnin sülh yolu ilə həllinə çox çalışır. Hesab edirəm ki, məsələnin dinc yolla həlli üçün ən mühüm əsaslar müxtəlif təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar ola bilər. Yəni bu məsələ arzular və ya xülyalar əsasında yox, beynəlxalq hüququn mövcud normaları və prinsipləri əsasında həll olunmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. O dörd qətnamədə erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazisindən qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Avropa Şurası Ermənistanı təcavüzkar kimi pisləmiş və öz qətnaməsində aydın şəkildə bildirmişdir ki, Avropa Şurasının üzvü olan bir ölkə digər üzv ölkənin ərazisini uzun müddət ərzində, davamlı şəkildə işğal altında saxlaya bilməz və bu, yolverilməzdir. Digər beynəlxaq təşkilatların bu məsələ ilə bağlı vacib bəyanatları var, xüsusən də bu yaxınlarda GUAM təşkilatının keçmiş Sovet İttifaqı ərazisində dondurulmuş münaqişələrlə bağlı qəbul etdiyi qərarı var. Bütün bunlar məsələnin həlli üçün çox güclü hüquqi və siyasi əsas yaradır. Azərbaycanın ərazi bütövlüyü hər hansı bir danışığın mövzusu deyildir. Bizim ərazi bütövlüyümüz bütün ölkələr tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Ona görə də hazırda hər bir məsələ Ermənistan tərəfinin yanaşmasından asılı olacaqdır. Əgər onlar özlərini konstruktiv aparsalar, əgər XXI əsrin reallığına uyğun olaraq siyasətlərinə dəyişiklik etsələr, əgər beynəlxalq səviyyədə normal davransalar və digər ölkənin ərazisinin ondan qoparılmasına çalışmasalar, hesab edirəm ki, biz həll yolunu tapa bilərik. Tamamilə aydındır ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və biz sülh variantının ən son imkanına qədər çalışacağıq.

- Sualım hər iki prezidentədir. Litva Avropa İttifaqının və NATO-nun üzvüdür. Azərbaycan Respublikasının xarici siyasətdə Avratlantik ailəsinə tam inteqrasiyanı prioritet hesab etməsi nəzərə alınmaqla, Siz beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı əməkdaşlığın perspektivlərini necə görürsünüz?

VALDAS ADAMKUS: Hesab edirəm ki, verəcəyim cavab çox qısa və aydın olacaqdır. Hər iki ölkə müəyyən prinsiplərə sadiqdir. Həmin prinsiplər azad dünya, demokratiya, xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipləridir. Hazırda biz dünyada keçirilən bir çox beynəlxalq tədbirlərdə birgə işləyirik və bu əməkdaşlığımıza sadiqik. Biz bu işləri həmin prinsiplərin qorunmasına yönəldirik və mən hesab edirəm ki, bu əməkdaşlıq sözlə verilən hər hansı bəyanatdan daha yaxşı nümunədir.

İLHAM ƏLİYEV: Bildiyiniz kimi, ölkələrimiz beynəlxalq təşkilatlarda müxtəlif məsələlərə dair əməkdaşlıq edir. Hər zaman bir-birimizi dəstəkləyirik və bu, bizim siyasi münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Bizim çox oxşar tariximiz var. Hər iki ölkə öz müstəqilliyini 15 il bundan əvvəl bərpa etmişdir. Bundan əvvəl hər iki ölkə uzun onilliklər və əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Hazırda biz beynəlxalq birliyin fəal üzvüyük, siyasi inkişafımız gedir və gələcəkdə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Avratlantik ailəsinə inteqrasiya çox uğurla gedir. Hər iki ölkə çox qısa müddət ərzində siyasi, iqtisadi, sosial sahələrdə sürətlə inkişaf etmişdir və Litva hazırda Avropa İttifaqının və NATO-nun üzvüdür. Buna görə də Litvadan aldığımız dəstək bizim üçün çox vacibdir və bunun üçün Litva tərəfinə çox minnətdarıq. Əminəm ki, cənab Prezidentin səfərindən sonra ölkələrimiz arasındakı münasibətlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətimiz və əməkdaşlığımız möhkəmlənəcəkdir. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlian Helmi: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Torpaqdan yoğrulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib