Litvada tədris ilinin başlanmasına dair yeni qaydalar sentyabrın 1-dən qüvvəyə minəcək
Vilnüs, 20 avqust, AZƏRTAC
Litvada mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, sentyabrın 1-dən etibarən məktəblərdə tədrisin başlanması planlaşdırılır. Bununla yanaşı, lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir. Əsas prinsip uşaqların digər sinfin şagirdləri ilə az təmasda olması üçün məktəbli axınını idarə etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Litva Elm, Təhsil və İdman nazirinin müavini Yolanta Urbanoviç yeni tədris ilində qüvvəyə minəcək qaydalar barədə ictimaiyyətə açıqlamasında söyləyib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin binasına (dəhliz, yeməkxana, müəllimlər otağı) daxil olan və 2 metr ara məsafəsi saxlaya bilməyən bütün şəxslər (valideynlər, məktəb işçiləri, müəllimlər) maska, respirator və s. taxmalıdırlar.
“Əgər müəllim səhhətinə və ya işinin xüsusiyyətinə görə maska taxa bilmirsə, digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidir”, - deyə Yolanta Urbanoviç əlavə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]