LİVİYA PREZİDENTİNİN OĞLU VƏ GƏLİNİ CENEVRƏDƏ HƏBS EDİLMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Frans-Press agentliyinə istinadla xəbər verir ki, Liviya Prezidenti polkovnik Muəmmər Kədafinin kiçik oğlu Hanibal və onun həyat yoldaşı Cenevrədəki beşulduzlu mehmanxanada yerli polis tərəfindən həbs edilmişlər. Həbsə səbəb onların mehmanxana xidmətçilərinə qarşı zor tətbiq etməsi və onları döyməsi olmuşdur.
Çağırışa gəlmiş qanun keşikçiləri cangüdənlərin müqavimət göstərməsinə baxmayaraq, Hanibalı və onun xanımını həbs etmişlər. Hanibal iki gününü Ədliyyə Nazirliyinin həbsxanasında keçirmişdir. Onlar yarım milyon isveç frankı (305.250 avro) cərimə ödədikdən sonra azadlığa buraxılmış, ölkənin qanunları çərçivəsində hərəkət edəcəkləri barədə kağıza qol çəkmişlər. Bir də belə hərəkətə yol versələr, dərhal ölkədən çıxarılacaqları barədə cütlüyə xəbərdarlıq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]