LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALINA QƏBUL İMTAHANLARI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul imtahanları keçirilir.
Kimya fakültəsində təhsil almaq arzusunda olanlar iyulun 28-də imtahan verəcəklər. Filologiya və tətbiqi riyaziyyat fakültələrinə qəbul imtahanları artıq keçirilmişdir.
Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinə sənəd qəbulu iyulun 26-da başa çatacaqdır. Sənədlər 23 nömrəli orta məktəbdə qəbul edilir.
İyulun 26-da saat 18-də kimya fakültəsində təhsil almaq istəyən abituriyentlər üçün məsləhətləşmə təşkil ediləcəkdir.
Kimya fakültəsinə imtahan 4 saat davam edəcək və yazılı formada olacaqdır.
Bakı filialına bu il 75 tələbə qəbul olunacaqdır. Kimya fakültəsində
dərslər Azərbaycanın neft-kimya sahəsindəki maraqları nəzərə alınaraq tədris olunacaqdır. Tədris məşğələlərini Moskva Dövlət Universitetinin proqramı əsasında Rusiya paytaxtından gələn müəllim heyəti aparacaqdır. Abituriyetlər qarşısında qoyulan əsas tələb isə kimya üzrə məktəb proqramını mükəmməl bilməkdir.
Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmaq üçün orta təhsil haqqında sənəd, 6 fotoşəkil, test imtahanlarında toplanan ballar haqqında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından arayış və şəxsiyyət vəsiqəsi tələb edilir.