Azərbaycan Dövlət İnformasiya Agentliyi

London və Tokio: Trampın səfərində bu iki paytaxtı birləşdirən nədir?

London və Tokio: Trampın səfərində bu iki paytaxtı birləşdirən nədir?

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca salıb. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox uzaq məsafədə olmasıdır. Belə çıxır ki, bu iki ölkə ABŞ üçün çox əhəmiyyətlidir və geosiyasi aspektdə onlar arasında bağlantı danılmazdır. Aparılan müzakirələrin məzmunu bu qənaəti təsdiqləyir. Donald Tramp hər iki ölkənin rəhbərləri ilə demək olar ki, eyni mövzuları müzakirə edib. Eyni zamanda, hər iki ölkədən tələb etdiyi də oxşardır. Bu isə o deməkdir ki, Vaşinqton üçün əsas olan öz marağıdır və kimliyindən asılı olmayaraq, ən yaxın müttəfiqlər belə ABŞ-ın çəkdiyi xətdən kənara çıxmamalıdır. Vurğulanan bu məqamlar kontekstində D.Trampın Böyük Britaniya və Yaponiyaya səfərini hansı geosiyasi məqamlar birləşdirir? Bu suala cavab üzərində geniş dayanmağa ehtiyac görürük.

Müttəfiqlərin səfərbərliyi: Vaşinqton tələblər irəli sürür

Ekspertlər D.Trampın Böyük Britaniya ilə Yaponiyaya səfərlərini ardıcıl salmasına geosiyasi məna verirlər. Bu ölkələr bir-birindən məsafəcə çox uzaqdadırlar. Lakin hər ikisi Amerikanın ən yaxın müttəfiqlərindən sayılırlar. Son illər Vaşinqtonun London və Tokio ilə olan münasibətlərindən bir neçə yeni məqam da meydana gəlib. Onlar fərqli olsalar da, ümumən ABŞ-ın onlarla əməkdaşlığına yeni çalarlar gətirə bilərlər. Ancaq məsələnin məhz bu tərəfi xeyli qaranlıqdır. Bu bağlılıqda D.Trampın London və Tokioya səfərlərinə eyni bucaq altında baxdıqda, maraqlı müqayisələrə rast gələ bilərik.

Böyük Britaniya Amerikanın ənənəvi tarixi müttəfiqidir. D.Tramp “Dumanlı Albion”a səfərindən öncə “Tvitter” səhifəsində yazmışdı ki, iki ölkə arasındakı münasibətlər “xüsusidir”. Bununla razılaşırlar. Lakin məsələ konkret olaraq D.Trampın şəxsiyyətinə gəldikdə, fikirlər haçalanır. Londonda siyasi mühit bütövlükdə D.Trampın lehinə deyil. Onu tənqid edənlər qəbul edənlərdən daha çoxdur. Xüsusilə Londonun Pakistan kökənli meri Sadiq Xan D.Trampı müsəlmanlara olan münasibətinə görə qətiyyən qəbul etmir. S.Xan hətta D.Trampı aşağılayıcı ifadələrlə xarakterizə edib. Amerikanın qalmaqallı Prezidenti də borclu qalmayıb - S.Xanı “axmaq” adlandırıb.

Brexitin qəti tərəfdarı olan Britaniya Azadlıq Partiyasının keçmiş lideri Naycel Farajla isə D.Tramp yaxşı münasibətdədir. Tramp hətta onu Böyük Britaniyanın ABŞ-dakı səfiri kimi görmək istədiyini açıq deyib. D.Tramp keçmiş xarici işlər naziri Boris Consonla da müsbət münasibətdədir. Ancaq B.Conson onunla görüşə getməyib.

Bütün bunlara baxmayaraq, London D.Trampı yüksək səviyyədə qarşılayıb. Hətta Baş Nazir Tereza Mey onun yardım edə biləcəyinə ümid ifadə edib. Ancaq nəticə alınmayıb və T.Mey istefa verməli olub. Bunların fonunda D.Trampın səfəri zamanı hansı məsələlərin müzakirə edildiyinə maraq çox olub. Ekspertlər bu aspektdə iki məqama diqqət çəkirlər. Birincisi, Vaşinqtonla Londonun Brexitə münasibəti. İkincisi, hər iki ölkənin İran və Çin məsələlərinə baxışı.

Birinci məsələdə D.Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını tam dəstəkləyir və hətta "müstəqilliyin böyük təntənəsi" deyir. Bu baxımdan T.Meyin istefasını üzüntü ilə qəbul edir. Britaniyalılara söz verir ki, “xüsusi ticarət anlaşması” imzalanacaq. Lakin bir çox britaniyalı ekspertlər hesab edirlər ki, D.Tramp “ilk öncə Amerika” tezisindən imtina etməyəcək və Britaniya ticari müqavilədən az faydalanacaq. Hətta belə bir informasiya yayılır ki, oktyabrda Böyük Britaniya Aİ-dən çıxanda qiymətlər 10 faiz artacaq. Bunun qarşısını Amerika ala bilməyəcək. Deməli, əslində, Vaşinqtonla London arasında bu məsələdə fikir ayrılığı mövcuddur.

İkinci məsələdə də onlar eyni mövqedə deyillər. Amerika sərt İran siyasəti yeridir, Böyük Britaniya isə hələ də İranla nüvə sazişini müdafiə edir. Birləşmiş Krallıq İranla əməkdaşlığa da yaxşı baxır. London istəməzdi ki, əlaqələr tamamilə kəsilsin. Çin məsələsində də eyni vəziyyətdir. Böyük Britaniya “Huawei” məsələsində ABŞ-dan fərqli mövqe tutur. Bütövlükdə isə Çinlə ticarətin inkişaf etdirilməsində maraqlıdır. Böyük Britaniya Almaniya və Fransa ilə birlikdə Çinin yaratdığı banka kapital qoyur. Bu da birbaşa Amerikanın Çinlə apardığı ticarət savaşına uyğun gəlmir.

Beləliklə, D.Trampın İngiltərə səfəri birmənalı müsbət qiymətləndirilmir. Bir tərəfdən, onlar yaxın müttəfiqliklərini saxlayırlar. Digər tərəfdən isə bir sıra beynəlxalq məsələlərdə və ayrı-ayrı dövlətlərə münasibətdə fikir ayrılıqları qalmaqdadır. İki yaxın ölkənin bu vəziyyətdən necə çıxacağını demək çətindir. Həmin bucaq altında D.Trampın Yaponiyaya səfərinə də nəzər salsaq, kəsişən məsələləri görə bilərik.

Təhlükəsizlik və ticarət: ABŞ-ın planlarında onların əlaqəsi

Öncə onu deyək ki, Vaşinqton son zamanlar Yaponiya ilə hərbi əlaqələrə daha çox önəm verir. Onun bir səbəbi Şimali Koreyadırsa, digəri Hindistandır. Yaponiya hər iki ölkə ilə rəqabət aparır. Buraya təbii ki, Çin və Rusiya da daxildir. Amerika Yaponiyaya ən müasir silahları verir. O sıraya “F-35”lər də daxil edilib. Baş Nazir Şinzo Abe ilə D.Trampın Yaponiyanın hərbi bazasına birgə baş çəkmələri bu bağlılıqda ciddi fakt sayılır.

Eyni zamanda, Yaponiya Şimali Koreya məsələsində ABŞ-la ortaq mövqedədir. Hətta Tokio daha sərt mövqe nümayiş etdirir. Bunun fonunda Rusiya və Çin məsələsi də iki ölkə arasındakı münasibətlərə ciddi təsir edir. Yaponiya hər iki böyük qonşusu ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Lakin Tokio istər-istəməz dünyanın iki ən güclü ölkəsi arasında qalıb. Ekspertlər D.Trampın ÇXR-in sədri Si Szinpindən öncə Yaponiyaya səfər etməsini Amerikanın Yaponiya üçün daha önəmli olmasının nümayişi kimi qiymətləndirirlər.

Digər maraqlı məqam Yaponiyanın İran məsələsində vasitəçiliyi ilə bağlı yayılan informasiyalarla əlaqəlidir. Yaponiyanın Baş Naziri Ş.Abenin Tehranla çox yaxın münasibətlərinin olduğu məlumdur. İran tərəfi tamamilə yapon hökumət başçısına etibar etdiyini deyir. Ş.Abe də İranla yaxşı əməkdaşlıq etməkdədir. D.Tramp bu fürsətdən yararlanmağı istisna etmir. Lakin Yaponiyanın İranla bağlı mövqeyi Amerikadan fərqlənir. Ş.Abe yaxşı münasibətləri olan bir ölkənin vurulmasını istəməz. Vaşinqton isə başqa variantı qəbul etmir - İran zəiflədilməlidir!

Bütün bunlara rəğmən, Amerika ilə Yaponiya arasında ticarət sazişi imzalanmayıb. Məsələ ondan ibarətdir ki, tərəflərin ticarətin şərtlərinə baxışları fərqlidir. Yaponiya iqtisadiyyatının bərpası naziri Tosimitsu Motegi açıq deyib ki, “indiki mərhələdə Yaponiya ilə Amerikanın maraqları üst-üstə düşmür”. Bununla da aydın olur ki, iki yaxın müttəfiq arasında Çin, Şimali Koreya və İran məsələləri ilə yanaşı, ticarətlə də bağlı fikir ayrılığı qalmaqdadır.

Yuxarıdakı təhlil D.Trampın hansı səbəblərdən bir-birindən çox uzaqda yerləşən Böyük Britaniya ilə Yaponiyaya səfərlərini uyğunlaşdırdığını göstərir. Vaşinqton üç aspektdə öz müttəfiqlərinin mövqeyini dəqiqləşdirmək istəyir. Birincisi təhlükəsizliklə bağlıdır. Amerika ancaq o dövlətlərə hərbi dəstək verəcək ki, təhlükəsizlik məsələsində Vaşinqtonun maraqlarını əsas götürəcək. Bu, Böyük Britaniya ilə Yaponiyaya da aiddir. Konkret sınaq sahəsi isə İran və Çindir. Londonla Tokioda müzakirə olunan məsələlərdə bu iki məqam aydın şəkildə əksini tapıb.

İkincisi, Amerikanın apardığı ticarət müharibəsində müttəfiqlərin hansı mövqedə olduğu dəqiqləşməlidir. Vaşinqton birmənalı dəstək tələb edir. Lakin Böyük Britaniya və Yaponiya kimi yaxın müttəfiqlər fərqli düşünürlər. Bu səbəbdən hələlik Amerika vahid ticarət cəbhəsi yarada bilməyib.

Üçüncüsü, D.Tramp üçün həm Böyük Britaniyada, həm də Yaponiyada siyasi rəhbərlikdə kimlərin olması önəmlidir. O, populistlərin qələbəsini arzulayır. Böyük Britaniyada Naycel Farajı, Fransada Marin Le Peni, Almaniyada sağ populistləri bu səbəbdən aktiv dəstəkləyir. Lakin Yaponiyada Ş.Abeyə hələlik rəqib yoxdur. Əslində, Abe D.Trampı qane edir.

Bəs D.Tramp bu məsələlər üzrə uğur qazana bildimi? Onu birmənalı demək çox çətindir. Çünki, məsələn, nə Londonda, nə də Tokioda ticarətlə bağlı saziş imzalanmadı. Bu o deməkdir ki, Vaşinqton ən yaxın müttəfiqləri ilə belə ticarət məsələsində ümumi dil tapmaqda çətinlik çəkir. Bu məsələnin necə həll ediləcəyi məlum deyil. Avropada ölkələr öz maraqlarını getdikcə daha aktiv şəkildə qorumağa çalışırlar. Yaponiya da milli maraqlara böyük önəm verir. Deməli, bu məsələdə vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmaq asan deyil.

Belə çıxır ki, D.Trampın yuxarıda sözügedən səfərləri qeyri-müəyyənlikləri aradan qaldırmayıb. Qərb cəbhəsində bir müddətdir özünü göstərən fikir ayrılıqları qalmaqdadır. Böyük Britaniyanın Avropa İttifaqından çıxması isə bu fikir ayrılığını daha da dərinləşdirə bilər. Hər bir halda avropalı ekspertlər sırasında bu fikirdə olanlar az deyil. Həmin səbəbdən ABŞ Prezidentinin “əhatəli turnesinin” real nəticələrini zaman göstərəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb