Macarıstan yeni alyansa qoşulmuş ilk Avropa İttifaqı ölkəsidir
Budapeşt, 7 fevral, AZƏRTAC
Macarıstan ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis edilmiş Beynəlxalq Dini Etiqad Azadlığı Alyansına qoşulmuş ilk Avropa İttifaqı üzvü olub.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Piter Siyyarto Vaşinqtondan gələn kimi dərhal mətbuat konfransında bəyan edib.
Yeni təşkilatın birinci iclası ABŞ-ın Dövlət katibi Mayk Pompeonun sədrliyi ilə Vaşinqtonda keçirilib. İclasda P.Siyyarto ilə bərabər, yeni alyansa qoşulmuş 26 ölkənin nümayəndələri iştirak ediblər.
Piter Siyyarto mətbuat konfransında deyib ki, Macarıstan beynəlxalq təşkilatların dünyada dini icmaların təqib edilməsinə guya göz yumması fikri ilə razı deyil. Onun sözlərinə görə, Budapeşt Afrikada və Yaxın Şərqdə təqib edilən dini icmalara 50 milyon dollar yardım təqdim edib.
Nazir deyib: “Biz fəxr edirik ki, Macarıstan Birləşmiş Ştatlar tərəfindən yaradılmış yeni beynəlxalq alyansa qoşulmuş ilə Avropa ölkəsi olub. Bu alyans bütün dünyada din və əqidə azadlığının irəlilədilməsinin tam tərəfdarı olan həmfikir ölkələr şəbəkəsidir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]