Mağazadan mobil telefon, evdən televizor oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 27 avqust, AZƏRTAC
Paytaxtın Nərimanov və Suraxanı rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 26-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 450 manat dəyərində şokolad və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Xudiyev rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları rayon ərazisindəki evlərin birindən 700 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cahangirovu tutublar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.