Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahirə Hüseynova: Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiya problemi tədqiq edilir

Mahirə Hüseynova: Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiya problemi tədqiq edilir

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir. Bu Fərman ana dilimizin inkişafına yönəlmiş siyasətin parlaq təzahürüdür. Bu tarixi sənəd türk dillərinin lüğət tərkibinin inkişaf tarixinin izlənilməsi, baş verən proseslərin araşdırılması, ayn-ayrı sahə leksikasının tarixi-müqayisəli öyrənilməsinə də yeni yollar açır.

Türk dilləri ailəsinin arealı 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tuva, Çuvaş, Yakutiya, Dağlıq Altay və Xakas yerli əhalisinin, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının geoloji (mənşəcə) və tipoloji cəhətdən qohum dilləri əhatə edən türk dilləri ailəsində kifayət qədər tədqiqata cəlb olunmalı problemlər qalmaqdadır. Qədim və ortaq kökə malik türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiya məsələləri bu günədək türkologiyada, demək olar ki, əsaslı və fundamental şəkildə araşdırma obyektinə çevrilməmişdir.

Türkologiya üçün aktual olan həmin məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Müasir Azərbaycan dili” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a verdiyi müsahibəni təqdim edirik.

- “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” mövzusunun aktuallığını şərtləndirən əsas cəhətlər barədə bir qədər ətraflı məlumat verərdiniz?

- O faktı yada salaq ki, türk dillərinin dialektlərinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir və bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir. Bu aktuallığı nəzərə alan ADPU-nun Müasir Azərbaycan dili kafedrasının bir qrup əməkdaşı bir neçə ay bundan əvvəl “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” mövzusunda layihə hazırlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihələri müsabiqəsinə təqdim edib və müsabiqənin qalibi olub. Artıq 3 aydan çoxdur ki, kafedranın bir qrup əməkdaşı bu mövzu üzərində araşdırma aparır. Həmin layihənin rəhbəri olaraq indidən deyə bilərəm ki, maraqlı olduğu qədər də aktual olan bu araşdırmaların hələ davam edəcəyinə baxmayaraq, ilkin nəticələrdən danışmaq olar.

Türk dillərinin daşıyıcısı olan xalqlar çox yaxın genetik ortaqlığa malikdirlər və bu mövzu indiyəcən dialektal aspektdə demək olar ki, kifayət qədər geniş şəkildə araşdırılmamış və cüzi şəkildə görülən işlər lokal və epizodik xarakterli olmuşdur. Bu da bir həqiqətdir ki, türk dillərinin dialekt sözlərində bu dillərin bir çox arxaikləşmiş, köhnəlmiş hesab edilən qədim elementləri, yarusları qorunub saxlanılır və bunların müqayisəli analizi çox gözəl tarixi-linqvistik nəticələr əldə etməyə imkan verir. Keçmiş postsovet məkanının şinelindən çıxmış türk xalqları 30 ilə yaxındır ki, yüksələn bir xətlə inkişaf edir və bu yüksəliş iqtisadi-siyasi sahələrdə olduğu kimi, dil siyasətində də özünü bariz şəkildə göstərir. Bu mövzunu aktual edən əsas cəhətlərdən biri deyərdim ki, ortaq türk dili ideyasının gerçəkləşməsi məsələsidir. Türk dillərinin dialektləri, ağız sözləri, şivələri türk xalqlarının yaşam tərzini, düşdüyü tarixi-siyasi və coğrafi şəraiti özündə çox gözəl və hərtərəfli şəkildə əks etdirir. Bunu nəzərə alan kafedramızın alimləri türk dilləri ailəsinə daxil olan dillərdə dialektoloji vahidlərin müqayisəli və tarixi aspektdə öyrənilməsinə daha çox üstünlük verirlər ki, heç şübhəsiz ki, bu mövzunun aktuallığını təmin edir. Başqa sözlə desək, türk dillərinin dialektoloji vahidləri mənsub olduğu xalqın məişətini, təsərrüfat həyatını, məskunlaşdıqları ərazinin xarakterik cəhətlərinin müəyyən edilməsində əsas amil olduğu üçün də bu mövzu olduqca aktual səslənir.

- Bu istiqamətdə apardığınız araşdırma barədə danışmağınız da oxucularımız üçün maraqlı olardı.

- Araşdırmanı 3 istiqamətdə aparırıq. Türk dilləri dialektlərində tarixən baş verən fonetik dəyişmələri nəzərə almadan və fonetik hadisələri düzgün qiymətləndirmədən səmərəli nəticələr əldə etmək mümkün deyildir və elə buna görə də araşdırmanın birinci istiqamətində türk dilləri dialektlərinin fonetik xüsusiyyətləri dayanır. İkinci istiqamətdə türk dilləri dialektlərinin leksik xüsusiyyətlərinin tədqiq etməyi nəzərdə tutmuşuq. Bu istiqamət də olduqca maraqlıdır və burada dialektoloji vahidlərin formalaşma tarixinə, areallarına, oxşar və fərqli cəhətlərinə, etimologiyasına daha çox diqqət yetirəcəyik. Üçüncü istiqamətdə məqsədimiz türk dilləri dialektlərinin morfoloji xüsusiyyətlərini araşdırmaqdır.

Genetik cəhətdən türk dilləri ailəsinə və morfoloji-tipoloji cəhətdən iltisaqi dil qrupuna aid olan türk dillərinin fonetik, leksik, qrammatik dialekt vahidləri ilə bağlı xeyli sayda elmi məqalələri həm ölkəmizdə, həm də Rumıniyada, Qazaxıstanda, Türkiyədə, Tatarıstanda, Qırğızıstanda nəşr olunan jurnallara ünvanlamışıq və bunların bir çoxu dərc olunub. Hətta mənim bu günlərdə “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” adlı kitabım də işıq üzü görüb. Lüğətdə Azərbaycan dilinin yemək və içki adlarının etimologiyası ilə bərabər, onların türk dillərində və dialektlərində nə dərəcədə geniş dairədə işlənməsinə də diqqət yetirilib.

- Türk dilləri dialektlərinin bölünməsi və inteqrasiyası barədə dolğun məlumatlar əldə etmədən məqsədə gedən yolu fəth etmək çətin olar və mümkünsə bu barədə danışasınız.

- Türk dilləri dialektlərinin kompleks şəkildə öyrənilməsini qarşımıza məqsəd qoymuşuq. Bu kompleksdə qohum dillərin dialekt bölünməsi və inteqrasiyası da əsas yerlərdən birini tutur. Artıq türkoloqlar və əksər Avropa dilçiləri sübut edirlər ki, ilk dialekt parçalanması Ön Asiyadan başlamışdır. Ümumtürk dilləri dialektlərinin bu və ya digər türk dillərinin ədəbi dillərinə inteqrasiyası ilə bağlı da məqalələr hazırlamışıq və onları da xarici mətbuat səhifələrində dərc etdirməyi nəzərdə tutmuşuq.

- “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” mövzusu olduqca əhatəli və maraqlıdır. Şübhəsiz ki, bu araşdırmanın bir il müddətində öhdəsindən gəlmək, mükəmməl, hərtərəfli bir şəkildə təkbaşına yerinə yetirmək olduqca çətindir və layihə üzvləri və onların gördükləri işlər barədə nə deyərdiniz?

- Bu mövzunun araşdırılmasına professorlar Mirvari İsmayılova, Qara Məşədiyev, dosent Könül Səmədova, baş elmi işçilərdən Zamiq Təhməzov, Pərviz İsmayılov olduqca gərgin zəhmət sərf edirlər və bu istedadlı alimlərin hər birinin ayrı-ayrılıqda gücünə yaxşı bələdəm və bunların hər birinə güvənirəm. Yaxın zamanlarda “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” mövzusu üzrə işlənən layihənin materialları əsasında sanballı bir kitabın çapı nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO