Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziya: Ecazkar təbiəti ilə insanı heyran edən müsəlman ölkəsi

Bakı, 15 dekabr, AZƏRTAC 

Ecazkar təbiətə malik Malayziyanı hər il 20 milyondan çox turist ziyarət edir.

Malayziya əhalisinin təxminən 52 faizi müsəlmanlardır.

Dünyanın ən gözəl on məscidindən biri bu ölkədədir.

Məscid, kilsə, buddist və hindu məbədləri eyni küçədə bir-birinin yanında yerləşir.

Dünyanın ən hündür əkiz qüllələri - Petronas qüllələri Kuala Lumpurdadır.

x x x

Bilmirəm bu bir xəyal idi, yoxsa gerçəklik. Bəlkə də qismətdir desəm yerinə düşər. Bu günə qədər bir sıra yaxın və uzaq məmləkətlərdə olmuşdum. Səyahət coğrafiyamda Asiyadan uzaq çox məmləkətlər yer almışdı. Almaniyada, Fransada, qardaş Türkiyədə, hətta MDB məkanında bir çox unudulmaz anlar yaşamışdım. Amma ağlıma gəlməzdi ki, günlərin bir günü uzaq Malayziyada ömrümün bəlkə də ən unudulmaz günlərini yaşayacağam. Malayziyanın füsunkar təbiəti, bənzərsiz gözəlliyi, zəngin flora və faunası nəinki məni, həm də həmkarlarımı məftun etdi. Bəzən insana elə gəlir ki, yaşadıqları hər zaman onunla yol gedir. Lakin bu, çox vaxt özünü doğrultmur. Bəzən görürsən, valeh olursan, hətta heyrətlənirsən, lakin nədənsə bir müddət sonra gördüklərin uzaq bir keçmişə dönür. Malayziyada gördüklərimi isə səfərimin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq nədənsə unutmuram. Məhz bu yazı da həmin qəribəlikdən yarandı. Eyni dini bölüşdüyümüz malayziyalılar mənim yaddaşımda bax belə qaldı:

Bu ilin noyabrında Malayziya Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutan “Mega Familiarization” proqramı çərçivəsində dünyanın bir sıra ölkələrinin nümayəndə heyətləri, o cümlədən media və turizm agentliklərinin nümayəndələri Malayziyanın turizm potensialı ilə tanış olmaq şansı əldə etdilər. Azərbaycan nümayəndə heyətinin tərkibində mən də bu fürsətdən istifadə etmək şansı qazandım.

Səfər zamanı öz ecazkar təbiəti ilə insanları heyran qoyan Malayziyanın adət-ənənələri, turizm potensialı, tolerant xalqı barədə kifayət qədər məlumat aldıq. Mütəmadi olaraq həyata keçirilən proqramın budəfəki əhəmiyyəti və özəlliyi isə onun Malayziyada geniş qeyd edilən “Deepavali” festivalı və Malayziya il sonu endirimlərinə təsadüf etməsi oldu.

Əvvəlcə müxtəlif ölkələrdən qatılan nümayəndə heyətlərinin üzvləri üçün ümumi tanışlıq məqsədilə sessiyalar keçirildi. İlk sessiyada çıxış edən Malayziya Turizm Nazirliyinin baş direktorunun müavini Dato Haji Azizan Noordin qonaqlara ölkədə indiyədək turizm sahəsində görülən işlər, gələcəkdə bu sektorun inkişafı istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat verdi.

Sessiyadan sonra baş direktorun müavini ilə Azərbaycan və Malayziya arasında turizm sahəsindəki əlaqələr barədə qısaca söhbət etmək imkanımız oldu. Ölkələrimiz arasında turizm və mədəniyyət sahəsində münasibətlərin inkişaf etdiyini deyən Dato Haji Azizan Noordin media təmsilçilərinin iştirakı ilə bu cür səfərlərin ölkələrin qarşılıqlı tanınması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi O dedi: “Bu istiqamətdə bir sıra qarşılıqlı səfərlər reallaşdırılıb. İnanıram ki, biz ölkələrimizin təbliği istiqamətində çox işlər görə bilərik. Malayziyanı təbliğ etmək məqsədilə biz Azərbaycana gedə bilərik. Sizdən olan nümayəndələr də Malayziyaya gələrək Azərbaycanı təbliğ edə bilərlər”.

Sessiyalar başa çatdıqdan sonra bizi Kedah, Penang, Langkavi, Putrajaya və Kuala Lumpura maraqlı səyahətlər gözləyirdi.

Əvvəlcədən onu deyim ki, Asiyanın cənub-şərq ucqarlarında yerləşən Malayziya qədim tarixi, ecazkar təbiəti, mehriban və qonaqpərvər insanları ilə istənilən turisti özünə cəlb etmək imkanına malikdir.

Əhalisinin təxminən 52 faizini müsəlmanların təşkil etdiyi bu Cənub-Şərqi Asiya ölkəsi dünyadakı 4 federativ konstitusiyalı monarxiyadan biridir. Rəsmi dil malay dili olsa da, ingilis, tamil, Çin, hindu dilləri də kifayət qədər geniş istifadə olunur.

Malayziya dünyəvi ölkədir. İslam isə ölkənin rəsmi dinidir. Malay xalqı əhalinin təqribən 50 faizini, çinlilər isə 20 faizini təşkil edir. Digər 30 faiz isə hindu və digər yerli etnik qruplara mənsubdur.

Ekvatorial iqlim zonasında yerləşdiyinə görə ölkədə isti və rütubətli hava şəraiti üstünlük təşkil edir.

Səfərimizə iki federasiyadan ibarət Malayziyanın qərb hissəsində yerləşən yarımada Malayziyasının şimal-qərbindəki Kedah ştatının paytaxtı Alor Setar şəhərindən başladıq. Alor Setar Malayziyada yeganə düyü muzeyi olan məkandır.

Muzeydəki 3D tipli rəsmlərdə Malayziyada tarixən düyü becərilməsi prosesini görmək mümkündür. Divarüstü rəsmlərə baxmaq üçün ətrafda gəzməyə ehtiyac yoxdur. Ayaqlarımızın altında yavaş sürətlə fırlanan döşəmə bütün prosesi addım-addım müşahidə etməyə şərait yaradırdı. Beləcə, döşəmə fırlandıqca qədim zamanlarda Malayziya insanlarının düyü əkini ilə necə məşğul olduqları, onu bazarlara satışa çıxarmaları, bir sözlə, həyat tərzləri barədə mənzərələr insanda xoş təəssürat yaradır.

Bununla yanaşı, qədim dövrlərin həyat tərzini əks etdirən modellər və düyü becərilməsi zamanı istifadə olunan tarixi alətlərdən ibarət sərgi də muzeyin əsas eksponatları arasındadır.

Bələdçimizdən aldığımız məlumata görə, Malayziya geniş düyü plantasiyalarına malik olsa da, bu sahədə daxili tələbatı ödəməkdə çətinlik çəkir və qonşu ölkələrdən idxal etmək məcburiyyətində qalır.

Şəhər turumuzun sonunda dünyadakı ən gözəl 10 məsciddən olan Zahir məscidini görmək fürsətimiz oldu. Zahir məscidi həm də hər il baş tutan Quran oxuma yarışlarının keçirildiyi yerdir.

Kedah ştatı həm də Cənub-Şərqi Asiyanın ən qədim sivilizasiya məskənlərindəndir. Sungai Batu arxeoloji tapıntılar mərkəzində aparılan son qazıntılar nəticəsində gəmi, bənd qalıqları, dəmir əridilməsi üçün xüsusi emalatxanalar, eləcə də eramızın ikinci əsrinə aid olan inzibati binalar tapılıb.

Son araşdırmalar nəticəsində aşkarlanan dəyirmi formaya malik abidənin isə Cənub-Şərqi Asiyada tapılan ən qədim məbəd olduğu güman edilir. Bizim də Sungai Batu kompleksində gənc arxeoloqlar tərəfindən aparılan araşdırmaların gedişi ilə tanış olmaq imkanımız oldu. Burada verilən məlumata görə, vaxtilə çayın keçdiyi bu ərazilərdən tapılan dəmir filizi emalatxanaları, bənd və gəmi qalıqları bu məkanın zamanın iri ticarət limanlarından biri olduğunu deməyə əsas verir.

Səfər çərçivəsində Malayziyada əsasən də hindu əhali arasında məşhur olan Deepavali festivalının keçirildiyi Kulim şəhərində olduq. İşıqlar festivalı olaraq tanınan Deepavali “xeyirin şər üzərindəki qələbəsi”dən bəhs edir.

Festivalın təntənəli açılış mərasimində Malayziyanın Baş naziri Datuk Seri Nəcib Razak və onun xanımı Datin Seri Rosmah Mansor iştirak edirdilər. Dünyanın müxtəlif ölkələrindən olan qonaqları salamlayan Baş nazir Deepavali münasibətilə Malayziya xalqını təbrik etdi. Sonra tədbir rəngarəng rəqslər, musiqilər, tamaşalarla davam etdirildi. Mərasimdə Malayziya xalqına məxsus dadlı təamlar da təqdim olundu.

Penang ştatının Corctaun şəhəri Malayziyanın ən ecazkar təbiətə malik bölgələrindən hesab olunur.

Bu şəhər onun əsasını qoyan kapitan Frensis Layt tərəfindən Britaniya Kralı III Corcun şərəfinə Corctaun adlandırılıb. Tarixi mənbələrə görə, Frensis Layt Kedah sultanını bu torpaqları Britaniyanın Ost Hind şirkətinə güzəştə getməyə inandırır. Sonra F. Layt burada ticarət limanı yaradır və beləcə, Cənub-Şərqi Asiyada ilk Britaniya koloniyasının əsası qoyulur. Rəvayətlərə görə, bu torpaqlarda Kornvalis qalasını tikməyi planlaşdıran F.Layt hiyləyə əl ataraq toplardan cəngəlliyə qızıl sikkələr atılmasını əmr edir. Bununla da əhalinin cəngəllikdə qiymətli metallar olmasına inanmasını təmin edir. Qızıl axtarmaq və zəngin olmaq həvəsi ilə yerli əhali cəngəllikləri demək olar, tamamilə məhv edir və kapitanı arzusuna xeyli yaxınlaşdırır. Bununla da F.Laytın qalanı tikməsinə heç bir maneə qalmır.

Malyariya xəstəliyindən vəfat etmiş kapitan F.Layt hazırda Corctaunda protestant qəbiristanlığında dəfn edilib. Səfərimiz çərçivəsində qədim protestant qəbiristanlığında da olduq və kapitan F.Laytın məzarını ziyarət etdik. Maraqlıdır ki, hazırda bu qəbiristanlıq Malayziyada ailə qurmağa hazırlaşan cütlüklərin ən çox üstünlük verilən fotosessiya məkanıdır.

Corctaunun Harmoniya küçəsində dünyanın nadir ölkələrində görə biləcəyiniz bir mənzərənin şahidi olmaq mümkündür. Məscid, kilsə, buddist və hindu məbədləri şəhərin eyni küçəsindədir və bu ibadətgahlar bir-birinə çox yaxın tikilib.

Multikultural ənənələri ilə seçilən Corctaun şəhərinin mərkəzində olarkən anidən özünüzü sanki Hindistanda imiş kimi hiss etmək imkanınız da olur. Belə ki, etnik anklava daxil olarkən insan bir anlıq qədim Hindistan torpağına səfər etdiyini düşünür. Mağazalar, restoranlar, dükanlar, səslənən musiqilər, küçələrdə gəzişən insanlar Hindistanda olmayan biri üçün ən azından hind filmlərini xatırladır.

İl sona yaxınlaşdığı zaman Malayziya alış-veriş sevənlər üçün ideal məkana çevrilir. Belə ki, hər ilin noyabr-dekabr aylarına təsadüf edən endirimlər qonşu ölkələrdən turistləri özünə cəlb edir. Malayziyanı dünyada nüfuzlu alış-veriş mərkəzlərindən birinə çevirmək hökumət tərəfindən qarşıya qoyulmuş əsas məqsədlərdən biridir.

Malayziyanın ən gözəl kurort məkanlarından biri, Andaman dənizi sahilində yerləşən Langkavidə keçirdiyimiz bir neçə gün isə bu ölkə haqqındakı xoş xatirələrimizi daha da zənginləşdirdi. Bu turizm məkanı haqqında maraqlı əfsanə da var. Deyilənlərə görə, haqsız yerə zina etməkdə günahlandırılan Mahsuri adlı qız bıçaqla öldürüləndən sonra öz ölümü ilə bu torpaqları lənətləyib. Bundan sonra uzun əsrlər boyu Langkavi tənəzzül dövrünü yaşayıb. Bir-birinin ardınca edilən hücumlar, işğallar nəticəsində buraya böyük ziyan vurulub. Yalnız XX əsrin sonlarında Langkavi inkişaf yoluna qədəm qoyur. Hazırda Langkavi turistlərin ən sevdiyi istirahət zonalarından biridir.

Xırda adalardan ibarət Langkavi ecazkar təbiətinin - sıx cəngəlliklərin dəniz ilə ahənginin yaratdığı gözəl mənzərə sözün əsl mənasında insanı cənnətə aparır. Biz də digər turistlər kimi, Langkavi təbiətinin bu möcüzəsini seyr etmək üçün kanat vasitəsilə tura çıxdıq. Tur boyu gördüklərimiz isə düşündüklərimizdən daha gözəl idi...

“Kilim Karst Geopark” turu isə cəngəlliklər və orada yaşayan canlı aləmlə tanış olmaq üçün əla imkan yaratdı. Hər an gündəlik həyatımızda görmədiyimiz ən xırda bir şey insanı sözün əsl mənasında heyrətləndirir. Mangrove kolları - suyun üstündən görünən bitkinin kök sistemi həqiqətən də mürəkkəb və möhkəm quruluşa malik idi.

Müasir, dəbdəbəli, modern memarlıq üslubuna malik göydələnləri ilə seçilən paytaxt Kuala Lumpur Selangor ştatı daxilində yerləşən Malayziyanın 3 federal ərazi vahidindən biridir. Adının hərfi mənası “Çirkli estuari” olan Kuala Lumpur şəhəri iki çay- Gombak və Klang çaylarının birləşdiyi məkanda yerləşir. Dünyanın ən hündür əkiz qüllələri - Petronas qüllələri bütövlükdə yaşıllıqlarla əhatə olunan bu şəhərin simvoludur desək yanılmarıq. Petronas qüllələri şəhərin mərkəzində yerləşir.

Son dövrlərdə bir neçə inzibati idarələr və parlamentdən başqa bütün inzibati qurumların Kuala Lumpurdan yenicə tikilən Putrajayaya köçürülməsinə baxmayaraq, Malayziya Kralı Kuala Lumpurda yaşayır və şəhər yenə də ölkənin ən iri maliyyə və kommersiya mərkəzi olaraq qalır.

Kuala Lumpur Milli Meydanı isə turistlərin ən sevimli məkanıdır. Bura ilk dəfə olaraq Britaniya imperiyası bayrağının endirilib əvəzində Malayziya bayrağının qaldırıldığı məkandır.

Meydanın əks tərəfində Britaniya müstəmləkə aristokratiyasının görüş məkanı olan “Royal Selangor Complex” yerləşir.

Milli Meydanın yanında yerləşən “Kuala Lumpur City Gallery”də şəhərin tarixi, inkişaf yolu miniatür modellər və şou vasitəsilə işıqlandırılır.

Maraqlısı budur ki, Kuala Lumpur kimi inkişaf etmiş şəhərin düz mərkəzində kənd yerləşir. Ətrafda baş verən bütün inkişafa baxmayaraq Kampung Baru adlanan bu kəndin sakinləri həyat tərzlərini dəyişməməyi və toxunulmaz qalmağı üstün tuturlar.

Gördüklərim ataların “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” deyiminin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. Deməli, dünyanı öyrənmək, xalqların keçmişini və müasir inkişafını daha yaxından izləmək üçün gəzib görməyə daha çox ehtiyac var. Azı ona görə ki, dünyamız böyük olduğu qədər də maraqlıdır. Onu maraqlı edən ən başlıca amillərdən biri də insanların qurub yaratdığı dəyərlərdir. Bir sözlə, özümümü tanımaq, dərk etmək üçün mütləq dünyanı da öyrənməliyik.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib