MALAYZİYANIN “PETRONAS” NEFT-QAZ ŞİRKƏTİ İRANIN QAZ YATAQLARININ İŞLƏNMƏSİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Malayziyanın “Petronas” milli neft-qaz şirkəti İranın “Cənubi Pars” qazkondensat yatağının işlənməsində iştirak etmək niyyətindədir. “Petronas” layihəni tərk etmiş “Total” (Fransa) şirkətini əvəz etməyi planlaşdırır. Bunu şirkətin prezidenti Həsən Marikan mətbuat konfransında bildirmişdir.
O demişdir ki, dəyərin artması üzündən və İran tərəfi ilə danışıqların hələ davam etdirildiyindən “Petronas” hələlik qəti qərar qəbul etməmişdir.
“Total” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Kristof de Morjeri ötən həftə bildirmişdir ki, Vaşinqton ilə Tehran arasında gərginlik nəzərə alınarsa, İrana sərmayə qoyuluşu çox böyük siyasi risklərlə müşayiət olunur. “Total” “Cənubi Pars” qaz yatağının işlənməsi və ixrac üçün maye qaz istehsal edən qurğunun tikintisi ilə bağlı İranla bir neçə il danışıqlar aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]