İQTİSADİYYAT
Maldiv adalarına səyahət 80 yaşlı qalibə hədiyyə olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
“Hesab.az” da onlayn ödəsən, bir də gördün Maldivdəsən” lotereya kampaniyasının əsas hədiyyəsi olan Maldiv adalarına səyahət 80 yaşlı qalibə hədiyyə olunub.
Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan “Hesab.az”ın “Visa” şirkəti ilə birgə keçirdiyi lotereya kampaniyasının qalibləri sentyabrin 2-də keçirilən tədbirdə “RandomPicker” saytı vasitəsilə müəyyən olunub.
“Hesab.az”dan AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən Maldiv adalarına 2 nəfərlik 1 həftəlik səyahəti, 1844741 nömrəli biletin sahibi Ramin Mahmudzadə qazanıb.
Oktyabrın 6-da R.Mahmudzadəyə hədiyyəsini təqdim edilərkən qalib “Hesab.az” portalından illərdir istifadə etdiyini dedi: “Mənim əsas silahım internetdir. İllərdir Bakı Dövlət Universitetində tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyirəm. Azərbaycanda onlayn ödəniş xidmətini göstərən bir portal olduğunu öyrəndiyim gündən bütün ödənişlərimi onlayn edirəm. Bu həm vaxt, həm də enerji baxımından çox sərfəli xidmətdir. Bu xidmətdən heç bir narazılığım olmayıb”.
Qeyd edək ki, “Hesab.az-da onlayn ödəsən, bir də gördün Maldivdəsən” lotereya kampaniyası çərçivəsində qaliblərə 121 hədiyyə təqdim olunur.