“Market Analysis Azerbaijan 2019” nəşri təqdim olunacaq
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 9-da Alman-Azərbaycan Xarici Ticarət Palatasında ("AHK Azərbaycan") "Market Analysis Azerbaijan 2019" eksklüziv nəşrinin təqdimatı keçiriləcək.
Palatadan AZƏRTAC-a bildirilib ki, nəşr "AHK Azərbaycan" tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Nəşr Azərbaycan iqtisadiyyatının 14 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumatı əhatə edir. "Market Analysis Azerbaijan 2019" Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır.
Tədbirdə alman və Azərbaycan şirkətlərinin direktorları və yüksəkvəzifəli nümayəndələri, həmçinin dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]