MASALLI RABİTƏÇİLƏRİ PREZİDENT SEÇKİLƏRİNDƏ İLHAM ƏLİYEVƏ SƏS VERƏCƏKLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Masallı rayon telekommunikasiya qovşağının işçisi Ələkbər Ağayevin 60 illik yubleyiinə həsr olunmuş mərasimdə səslənmişdir.
Mərasimdə çıxış edənlər dövlətimizin başçısının rabitə işçilərinə göstərdiyi qayğını yüksək qiymətləndirmiş, Masallı rabitəçilərinin bu ilin payızında keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirmişlər.