İQTİSADİYYAT
Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə 30-dək sahibkar müraciət edib
Bakı, 14 iyun, AZƏRTAC
Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə 30-dək sahibkar müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev iyunun 14-də Bakıda “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda deyib.
“Bu gün 15 investisiya sənədi veriləcək ki, onlar da Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 160 milyon manat investisiya yatırılmasına və 1400-ə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [16:49]
BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir
- 21.05.2024 [16:35]
Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb
- 21.05.2024 [12:36]
AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub
- 21.05.2024 [12:00]