REGİONLAR
Masallıda qanunsuz ov edənlər saxlanılıblar VİDEO
Masallı, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Qızılağac kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakinləri F.Əzizov, Ş.Əzizov, T.İbrahimov, Ə.Əliyev və Ş.Əliyev saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 22 ədəd çöl quşu aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, F.Əzizov və Ş.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Digər üç nəfər isə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]