MAYDA BAKI ELEKTRİK STANSİYASI 48 MİLYON KİLOVAT-SAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL ETMİŞDİR
Bakı, 16 iyun (AZƏRTAC). “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin mayında Bakı Elektrik Stansiyası 48 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal etmişdir. Bu, proqnozlaşdırıldığından 6 milyon kilovat-saat çoxdur.
İlin əvvəlindən bəri stansiyada nəzərdə tutulduğundan 12 milyon kilovat-saat çox elektrik enerjisi istehsal edilmişdir. Beş ayda istehsal ötən ilin müvafiq dövründəkindən 6 faiz çox olmuşdur.
2007-ci ildə istismara verilmiş stansiya indiyədək 1 milyard 348,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]