MAYDA İMİŞLİ RET ÜZRƏ 1,4 MİLYON KİLOVAT-SAAT ELEKTRİK ENERJİSİ İTKİSİ OLMUŞDUR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayda “İmişli Regional Elektrik Təchizatı” (RET) MMC üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair 297 fakt qeydə alınmışdır. Bu, ötən aydakından 80 fakt azdır.
İtirilmiş 1,4 milyon kilovat-saatın istehlak dəyəri təxminən 87 min manatdır. Bu məbləğin 80 faizi ödənilmişdir.
Bütövlükdə cari ilin 5 ayında 2.165 pozuntu qeydə alınmış, müvafiq aktlar tərtib edilmiş, onlardan 23-ü zəruri tədbirlər görülməsi üçün hüquq mühafizə orqanlarına verilmişdir. İtirilmiş 7,3 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehlak dəyəri müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]