İQTİSADİYYAT
Mayda “Samur” gömrük məntəqəsindən 30 minədək nəqliyyat vasitəsi keçib
Bakı, 1 iyun, Elvin Camalov, AZƏRTAC
Bu ilin may ayında “Samur” gömrük məntəqəsindən ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunun rəisi Asim Salmanov deyib.
O bildirib ki, gün ərzində “Samur” gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 500-600-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin də sayı 400-450-dir.
A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birində eyni vaxtda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilinin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]