Mayın 11-də “Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan Mətbuat Şurasının (MŞ) və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə mayın 11-də Bakıda “Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
MŞ-dən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq konfransda ATƏT-in Bakı ofisinin və MŞ-nin rəhbərliyi ilə yanaşı, beynəlxalq və yerli media ekspertlərinin, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyotoviçin, Azərbaycanın dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, beynəlxalq konfrans MŞ-nin ATƏT-in Bakı ofisi ilə diffamasiya təşəbbüslərinin sürətləndirilməsini və jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan birgə layihəsi əsasında keçirilir. Tədbirdə əsas müzakirə mövzusu təşkilatçı qurumların diffamasiya ilə bağlı hazırladıqları qanun layihəsi olacaqdır. Konfransın gündəliyinə, həmçinin “İfadə azadlığının təmin edilməsində qanunvericilik islahatlarının əhəmiyyəti”, “Media və ifadə azadlığını müdafiə” mövzusunda məruzələr və məsələ ətrafında müzakirələr daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]