Mayın 26-da Gürcüstanda bütün ölkə ərazisində eyni vaxtda dövlət himni ifa olunacaq
Tbilisi, 17 may, AZƏRTAC
Mayın 26-da Gürcüstanda ilk dəfə ölkə üzrə eyni vaxtda geniş miqyaslı aksiya keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Müstəqillik Günündə saat 17:10-da bütün ölkə vətəndaşları dövlət himnini ifa edəcəklər.
Bayram tədbirinin təşkilatçıları bununla əlaqədar ölkə vətəndaşlarına, idarə və müəssisələrə müraciət ediblər.
Dövlət himni meydan, prospekt, ictimai nəqliyyat vasitələrində, o cümlədən avtobus və qatarlarda eyni vaxtda ifa olunacaq.
Məlumat üçün qeyd edək ki, 1918-ci il mayın 26-da Noy Jordaniya saat 17:10-da ölkə vətəndaşlarını ilk Gürcüstan Demokratik Respublikasının yaranması münasibətilə təbrik edib və müvafiq aktı imzalayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]