Məcburi dövlət sosial sığorta haqları 8,4 faiz artıb
Bakı, 19 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 milyard 218,2 milyon manat təşkil edib.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata əsasən, məcburi dövlət sosial sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb, daxilolmalar üzrə proqnoz 110,8 faiz və ya 215,7 milyon manat artıq icra edilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 386 milyon manat təşkil edib, proqnoz 113,8 faiz icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]