Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT XADİMLƏRİNİN KƏDƏRİ

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin vəfatı ədəbiyyat və mədəniyyət xadimlərini də dərindən kədərləndirmişdir. Onlar bu matəm günlərində keçirdikləri sarsıntıları AZƏRTAC-ın müxbirinə verdikləri müsahibələrdə ürəkağrısı ilə ifadə etmişlər. Həmin müsahibələri təqdim edirik.

Dövlət mükafatı laureatı, Azərbaycan MEA-nın müxbir üzvü, bəstəkar ARİF MƏLİKOV:

- Respublikamıza böyük itki üz verib. Mənə elə gəlir ki, bu səviyyədə bu şəxsiyyətdə müdrik insan Azərbaycana uzun illər bir də gəlməyəcək. Ona görə də itkimizin miqyası sonsuzdur.

Mən Prezident Heydər Əliyevə onun barəsində simfoniya yazmağa söz vermişdim. Yeddi il idi ki, simfoniya üzərində işləyirdim. “Əbədiyyət” adlı həmin musiqi əsərini dahi rəhbərin 80 illik yubileyinə hazırlamışdım. Çox təəssüf ki, yubiley baş tutmadı.

“Əbədiyyət” simfoniyasının gələcək müqəddəratını Azərbaycan Prezidenti İlham Əliyev həll edibdir. Orkestr hazırdır. Mən öz borcumu Heydər Əliyevin yaşadığı dövrdə vermək istəyirdim. Lakin həyat belə gətirdi ki, bu simfoniya Prezident Heydər Əliyevsiz dinləniləcəkdir.

Onun övladları, nəvələri var. Bir də ki, “Əbədiyyət”i bütün millətin dinləməyə haqqı vardır.

Allah rəhmət eləsin!

Xalq şairi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı BƏXTİYAR VAHABZADƏ:

- Xalqımıza 34 il rəhbərlik etmiş, yol göstərmiş, öz fəaliyyətində böyük epoxa yaratmış Heydər Əliyevin matəm günündə danışmaq, onun xidmətlərini bir-bir yada salmaq, ona rəhmət oxumaq hər birimizin borcudur.

Biz onunla o qədər yaxın idik ki, bizim ürəyimizdən keçənləri o, onun ürəyindən keçənləri biz bir–birimizin gözümüzdən oxuya bilirdik. Bəzən adam təəccüb edir ki, bu uzun illər həm Moskvada, yəni SSRİ dövlətinin başında, həm Azərbaycanda həmişə zirvədə, hamının diqqət mərkəzində olan bu böyük, fenomen şəxsiyyət həmin zirvələri necə fəth edə bilmişdir. Harada işləməyindən asılı olmayaraq, hər zaman xalqın, dövlətin təşəkkürünü və minnətdarlığını qazanmışdır.

Mən bir faktı demək istəyirəm: Ötən əsrin 90-cı illərinin əvvəllərində biz xalqımızın istiqlaliyyəti uğrunda mübarizə aparanda Azərbaycanın səsinə o zaman Moskvada yaşayan Heydər Əliyev birinci səs verdi. O, səsini bizim səsimizə qataraq imperiyanın qanlı əməllərinə öz etirazını bildirdi.

Nəhayət, Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi, dövlətimizə 10 ildən çox rəhbərlik etdi. Onun bütün fəaliyyəti millətimizin gözü qarşısındadır.

Mən hesab edirəm ki, Heydər Əliyev fenomeni haqqında, onun zəngin fəaliyyəti barədə çox yazılacaqdır. Zaman keçdikcə Heydər Əliyevin böyüklüyünü biz daha dərindən hiss edəcəyik.

Mən bu böyük insana Allahdan rəhmət diləyir, başda Azərbaycanın Prezidenti İlham Əliyev olmaqla Heydər Əliyevin quruculuq yolunu davam etdirənlərə cəsarət, əzm və fədakarlıq arzulayıram.

Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, Dövlət mükafatı laureatı, professor VASİF ADIGÖZƏLOV:

- Bütün dünya azərbaycanlıları, xüsusən də biz mədəniyyət işçiləri böyük dostumuzu itirdik. Əlbəttə bu sözü cəmiyyətin bütün sahələrinin nümayəndələri deyə bilər. Ancaq biz mədəniyyət xadimləri bu dostluğu daha aydın və açıq hiss edirdik. Çünki hər dərdimizi onunla bölüşə bilirdik. O hamını dinləyirdi, kömək edirdi, atalıq qayğısı göstərirdi, müvəffəqiyyətlərimizə sevinirdi.

Böyük şəxsiyyət idi. Azərbaycan XX əsrdə bu cür bir şəxsiyyət yetişdirib. Mən bilmirəm bir də nə vaxt belə şəxsiyyət təkrar dünyaya gələ bilər. Çünki zaman özü onu yetişdirirdi. Həyatda olan çətinliklər, mürəkkəb hadisələr onu günü-gündən bərkidirdi. O xalqı elə çətin anlardan, situasiyalardan qan tökmədən, qarşıdurmanın qarşısını ala-ala səbrlə çıxartdı. İndi oturub həmin hadisələri fikirləşəndə düşünürsən bunu ancaq dahi insan, siyasətçi, böyük ağıl və zəkaya malik şəxsiyyət edə bilərdi.

Mən bunu hər yerdə təkrar edirəm ki, Azərbaycan xalqının yüksəlməsində, incəsənətimizin dünyada tanınmasında Heydər Əliyevin misilsiz rolu vardır. Niyazinin, Qara Qarayevin, Fikrət Əmirovun, Rəşid Behbudovun o vaxtın ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı almasında Heydər Əliyevin xüsusi xidməti olmuşdur. Siyasi Büroda demişdilər ki, heç Ukrayna incəsənət xadimləri içərisində bir nəfər Sosialist Əməyi Qəhrəmanı yoxdur, Azərbaycan kimi kiçik respublikada dörd Sosialist Əməyi Qəhrəmanı vardır. Heydər Əliyev gülərək demişdi ki, məgər layiq deyillər? Ukrayna da versin. Amma bizimkilər layiqdirlər.

Bütün bunlar onun əməyinin nəticəsi idi. Bilirdik, bu adamların hamısı həmin yüksək ada layiq idilər. Amma layiq olan adamı da ortaya çıxartmaq lazım idi. Özü də necə və hansı səviyyədə?! Bu baxımdan Heydər Əliyev təkrarolunmaz şəxsiyyət idi.

Xalqımızın zəngin tarixini, adət-ənənəsini, dilini Heydər Əliyev qoruyub saxladı. Azərbaycan tarixinin yazılmasında onun rolu mənim yaxşı yadımdadır. Tarixçiləri necə yığdı, onlarla neçə saatlarla əyləşdi, onlara necə yol göstərdi, mənim gözlərim önündədir. Ağlı, zəkası, biliyi o qədər geniş idi ki, böyük akademiklər, tanınmış alimlər onun qarşısında durub tələbə kimi bu insanın dediklərini təsdiq edirdilər. Bunlar təsadüfi deyildir.

Bu gün yaxşı ki, onun yolunu İlham Əliyev davam etdirir. Xalqımız İlham Əliyevi özünə Prezident seçdi. Xalq İlham Əliyevdə Heydər Əliyev zəkasını, onun məktəbinə sadiq davamçını gördü. Xalq rahatlığı onda gördü ki, həmin məktəb ağıl və yüksək enerji ilə davam və inkişaf edəcəkdir. Bizim borcumuz əlbəttə bu böyük məktəbi göz bəbəyi kimi qorumaq, onun ətrafında sıx birləşmək, İlham Əliyevə kömək etməkdir. Əsas borcumuz budur.

Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik katibi AĞAMUSA AXUNDOV:

- Xalqımızın sevimli, unudulmaz rəhbəri Heydər Əliyevin vəfatı hamımızı ürəkdən kədərləndirib. O, bütün həyatını xalqımızın rifahının yaxşılaşdırılmasına, mədəniyyətimizin, elmimizin, iqtisadiyyatımızın tərəqqisinə həsr etmişdir. Böyük dövlət xadimi Heydər Əliyev həm də milli mənliyimizin əsas amili olan dilimizin dövlət dili kimi sabitləşməsində və inkişafında misilsiz xidmətlər göstərmişdir.

Ana dilimizi çox yüksək səviyyədə bilən və doğma övlad kimi ürəkdən sevən rəhbərimiz onu hər yerdə özünün parlaq nitqi ilə əzəmətlə səsləndirmiş, bütün dünyada tanıtmışdır. Ölkəmiz və xalqımız onları dünyaya tanıdan Heydər Əliyevin bu xidmətini də heç zaman unutmayacaqdır.

İnanıram ki, alimlərimiz Prezident Heydər Əliyevin hərtərəfli, böyük siyasi, ictimai, dövləti fəaliyyətini, parlaq yaradıcılığını, zəngin dilini və üslubunu bundan sonra daha dərindən tədqiq edəcək, bu fenomen şəxsiyyət haqqında adına layiq dəyərli elmi monoqrafiyalar yazacaqlar.

Xalqımızın, vətənini sevən hər bir azərbaycanlının qəlbində Heydər Əliyevin silinməz izi, məhəbbət və hörmətlə dolu yeri var. Xalqımızın ona olan məhəbbəti əbədidir.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatı laureatı, professor ƏLİABBAS QƏDİROV:

- Xalqımıza ağır itki üz vermişdir. Bu itki bütün teatr, mədəniyyət, incəsənət xadimlərini sarsıtmışdır. Türk dünyasının böyük öndəri, ümumxalq lideri, fenomen bir şəxsiyyəti dünyasını dəyişib. Prezident Heydər Əliyev haqqında keçmişdə danışmaq çox çətindir. Onun əməlləri, Azərbaycan xalqı üçün gördüyü işlər bizə haqq verir ki, bədbin olmayaq. Mənə belə gəlir ki, onun ruhu da istəməz ki, biz bədbinliyə qapılaq. Çünki bizə bəllidir ki, onun qoyduğu siyasi kursu Heydər Əliyev ocağında tərbiyə almış, bu dahi şəxsiyyətin siyasi məktəbini keçmiş İlham Əliyev davam etdirəcəkdir.

Prezident Heydər Əliyevin xalqımızın mədəniyyəti, incəsənəti üçün etdiyi nəhəng işləri sadalamaqla qurtarası deyil. Bu bir deyil, on deyil, yüz deyil, minlərlədir. Bu müdrik insan mədəniyyət və incəsənət xadimlərini çox sevirdi. O, mədəniyyətimizə, incəsənətimizə böyük qayğılar göstərib.

Bu dahi şəxsiyyət cismən bizim sıralarımızdan gedib, lakin onun işıqlı, nurlu xatirəsi heç vaxt ürəyimizdən silinməyəcəkdir. Biz çalışacağıq ki, Prezident Heydər Əliyevin arzularını doğrultmaq üçün bundan sonra da göstərdiyimiz səhnə əsərlərini onun adına layiq xalqımıza, dünya ictimaiyyətinə çatdıraq.

Allah ona rəhmət eləsin. Xalqımıza başsağlığı verir, səbr diləyirəm.

Rəssamlar İttifaqı İdarə Heyətinin sədri, xalq rəssamı Fərhad Xəlilov: - Biz Azərbaycanın dahi oğlunu itirdik. İnanmıram ölkəmizdə elə bir adam tapılsın ki, bu itki onu yandırmasın.

Sənət adamlarının ən böyük dostu, qayğıkeşi Prezidentimiz Heydər Əliyevlə bizim münasibətlərimiz çoxtərəfli idi. Lap gənc, cavan vaxtlarımdan onun evinin yaxınlığında yaşamışam. Bu baxımdan Heydər Əliyevə Azərbaycanımızın ən ləyaqətli oğlu kimi mənim doğma hissim var.

Çox ağır matəm içindəyik. Amma bununla yanaşı Azərbaycanın dünya şöhrətli belə oğlu olduğu üçün iftixar hissi də keçiririk. Mən bütün xalqımıza başsağlığı verirəm.

Mən tam əminəm ki, Heydər Əliyevin əməlləri yaşayacaq, Azərbaycan Prezidenti İlham Əliyev onun siyasi kursunu layiqincə davam etdirəcək. Biz hamımız çalışmalıyıq ki, Heydər Əliyevin əməlləri yaşasın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir

WUF13 qlobal şəhərsalma məsələlərində dünya ölkələrini daha məsuliyyətli olmağa təşviq etdi- ŞƏRH

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir