Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mədəniyyət.AZ” jurnalının xüsusi buraxılışının təqdimatı olub

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Mədəniyyət.AZ” jurnalının xüsusi buraxılışının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Cümhuriyyət mövzusunun daim Azərbaycan elmi, mədəniyyəti, mətbuatı üçün avanqard olduğunu qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verən Ə.Amaşov jurnalın növbəti nömrəsinin Cümhuriyyətə həsr edilməsini yüksək qiymətləndirib, yaradıcı kollektivə uğurlar arzulayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək jurnalın əhəmiyyətindən danışıb. Qeyd edib ki, jurnalın budəfəki nömrəsi Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılış şəklində dərc olunub. Məhz buna görə də jurnalda XX əsrin başlanğıcında regionda gedən proseslər, həmin zəmində ölkəmizin suverenliyi üçün tarixi şəraitin yetişməsi, ürəklərdə yaşayan azadlıq ideyalarının siyasi səhnəyə daşınması, Şərqdə ilk dəfə demokratik dövlət quruculuğu, onu yaradan şəxsiyyətlərin həyat və fəaliyyəti, bolşevik işğalından sonrakı aqibətləri və mühacirətdəki taleləri barədə sanballı, elmi-tədqiqat səpkili yazılara geniş yer verilib.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli nəşrin əhəmiyyətindən söz açıb, jurnalın bu nömrəsini kollektivin Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşına bir töhfəsi, çoxsaylı cümhuriyyətsevərlərə bayram hədiyyəsi kimi səciyyələndirib.

Filologiya elmləri doktoru, professoru Asif Rüstəmli uzun illər sovet şovinizminin vətən xaini kimi damğaladığı azadlıq çarçılarının, müstəqilliyimizi dünyaya bəyan edən mütəfəkkir dövlət xadimlərimizin haqqında dərc olunan bu toplunu ən qiymətli töhfə kimi dəyərləndirib.

Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi tarixən dost və qardaş olan iki xalqın keşməkeşli tarixi dönəmlərdə bir-birinə arxa, dayaq olduğunu söyləyib. Öz ölkəsində vətən xaini kimi təqib olunan görkəmli ziyalıların ikinci Vətən olaraq Türkiyəni seçmələrinin heç də təsadüfi olmadığını vurğulayıb. Natiq bildirib ki, indi də Türkiyə arxivlərində əziz bir miras kimi Cümhuriyyətin və onun yaradıcılarının haqqında sanballı sənədlər mühafizə olunmaqdadır və öz tədqiqatçılarını gözləyir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı uzun illər Cümhuriyyət tarixini araşdırıb, həqiqətlərin üzə çıxarılmasında böyük əmək sərf edən insanlar minnətdarlığını bildirib. Bildirib ki, “Mədəniyyət.AZ” jurnalının yaradıcı kollektivi bu xüsusi buraxılışı hazırlamaqla Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, tariximizi daha dərindən öyrənməsinə çox böyük töhfə vermiş olub.

Tarixçi alim Nəsiman Yaqublu Cümhuriyyət qurucularının həyat yoluna işıq salan belə xüsusi buraxılışların çox olmasının vacibliyini vurğulayıb və nəşrin yaradıcı kollektivinə uğurlar arzulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Almaz Ülvi və tanınmış jurnalist Akif Cabbarlı böyük səriştə, incə zövqlə ərsəyə gətirilən bu toplunu tarixi bir salnamə adlandırıblar. Gələcək nəsillər üçün bir çox vacib faktların, arxiv materiallarının ustalıqla bir araya toplandığını vurğulayıblar. Hətta nadir şəkillərin, sənəd və teleqramların, xatirələrin çox böyük tarixi əhəmiyyəti olduğunu söyləyiblər.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, nəşrin yaradıcı kollektivinə yeni nailiyyətlər arzulayıb, Cümhuriyyətə həsr etdikləri şeirləri oxuyublar.

“Mədəniyyət.AZ” jurnalında rənglərin bir-birini tamamlaması, mövzuların seçilərək bir-birini izləməsi, həmçinin tarixi faktların ardıcıllığı baxımdan ustalıqla, sahmanla yerində verilməsi xüsusi qeyd edilib.

Sonda Zöhrə Əliyeva təbrik üçün toplaşanlara səmimi təşəkkürlərini bildirib və bunu özünün vicdan borcu olaraq yerinə yetirdiyini söyləyib. Jurnalın bu buraxılışının müstəqilliyimizə, dövlətçiliyimizə vətəndaş sevgisi və keçmişimizə ehtiram əlaməti kimi dəyərləndirilməsini arzulayıb.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə jurnalın ərsəyə gəlməsində əməyi olan, başda Zöhrə Əliyeva olmaqla hər kəsə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO