Azərbaycan Dövlət İnformasiya Agentliyi

Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib

Bakı, 28 dekabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, təlimdən əvvəl “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq departamentin 2024-cü ildəki fəaliyyəti və uğurları barədə məlumat verib: “Tibb işçilərinin və vətəndaşların işə qəbul prosesinin optimallaşdırılması məqsədilə karyera portalı istifadəyə verilib. Tabeli tibb müəssisələrinin vahid saytının yaradılması prosesinə başlanılıb. Tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkilinin təkmilləşdirilməsi məqsədilə zəruri normativ-hüquqi aktlar, təlimat, media planlar hazırlanıb, təlimlər təşkil edilib”.

Z.Ədilova bildirib ki, il ərzində müxtəlif media subyektlərindən ümumilikdə 2 342 sorğu daxil olub: “Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb. Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. Bu ilin 11 ayı ərzində qurumun fəaliyyəti ilə bağlı 265 press-reliz hazırlanaraq media subyektləri vasitəsilə ictimaiyyətə çatdırılıb. Bundan başqa, televiziya kanallarının ünvanladıqları sorğular əsasında, eləcə də TƏBİB-in təşkil etdiyi müxtəlif görüş, təqdimat, açılış və sərgilərə dəvət olunan media nümayəndələri tərəfindən aparılan çəkilişlərin sayı 1 800-dən çox olub. Media orqanları üçün eksklüziv olaraq TƏBİB-in icraçı direktorunun 10 müsahibəsi təşkil edilib”.

İl ərzində Yeni Klinikaya, Lənkəran, Qəbələ rayon mərkəzi xəstəxanalarına və Sumqayıt Tibb Mərkəzinə mediaturların təşkil olunduğunu bildirən Z.Ədilova 2025-ci ildə də sözügedən fəaliyyətin davam etdiriləcəyini deyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova çıxışında bildirib ki, cari il ərzində Agentlik əhali arasında 2 növ sorğunun keçirilməsini təmin edib: “Əhali arasında icbari tibbi sığorta haqqında məlumatlılıq və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib. Bundan başqa, Agentlik tərəfindən aparılan maarifləndirmə kampaniyalarının effektivliyinin ölçülməsi məqsədilə 2-ci sorğu aparılıb. Sorğuların nəticələri əsasında tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin əhalinin məlumatlandırılması məqsədilə kommunikasiya kanallarının optimallaşdırılması nəzərdə tutulub”. Departament rəhbəri, həmçinin sığorta hesabına ambulator şəraitdə qarşılanan dərmanların şərtlərini və digər yenilikləri media nümayəndələri ilə bölüşüb.

Daha sonra jurnalistlərin birbaşa iştirakı ilə əyani formada ilk tibbi yardım üzrə mulyajlarla simulyasiya təlimi təşkil edilib.

Təlimin ikinci hissəsində Bakı Dövlət Universitetinin pedaqoqu Anzulə Pərvizqızı təqdimatla çıxış edərək media savadlılığı mövzusunda danışıb. O bildirib ki, media savadlılığı və analitik düşüncə yalnız Azərbaycanda deyil, bütün dünyada günün ən vacib müzakirə mövzularındandır: “İnformasiyaya əsaslanan cəmiyyətdə daha inamlı və etik iştirakçı olmaq üçün media savadlılığı zəruridir. Bolluca media mənbələri və sürətli xəbər yayımına məruz qaldığımız hazırkı dövrdə əsaslandırılmış qərarlar vermək üçün məlumatları qiymətləndirməli, dezinformasiyanı müəyyən etməli və media ismarıclarını doğru analiz etməliyik.

Analitik düşüncəyə informasiya və mübahisəli məsələləri obyektiv təhlil etmək və qiymətləndirmək daxildir. Media savadlılığı kontekstində analitik düşüncə fərdlərin mənimsədikləri məzmunla bağlı mənbələrin etibarlılığını və mötəbərliyini qiymətləndirməyə, məntiqli görünən, əslində isə yanlış olan düşüncə və inancları müəyyənləşdirməyə, həmçinin onların əsaslı qərarlar vermələrinə kömək edir. Analitik düşüncəyə daha doğru məntiqli nəticələrə gəlmək üçün fərziyyələri sorğulamaq, müxtəlif baxış bucaqlarını nəzərə almaq və dəlilləri təhlil etmək daxildir”.

Həkim-psixiatr, biznes təlimçi Həlimə Qəmərlinskaya “Beyinin produktivliyi: hər sahədə uğurun birinci açarı” mövzusunda təqdimatla çıxış edib. Həkim-psixiatr beyinin məhsuldarlıq funksiyalarından - diqqət, yaddaş, informasiyanın emalı, problemlərin həlli və qərarvermə, emosiyaların idarə edilməsi, motivasiya, məqsədyönlülük, öyrənmə və adaptasiya ilə bağlı media nümayəndələrinə geniş məlumat verib: “QAYT (qamma-aminoyağ turşusu) – beyinin əsas sakitləşdirici neyromediatorudur. O, sinir hüceyrələrinin aktivliyini tənzimləyir və həddindən artıq oyanmanı yatıraraq balansı qoruyur. Xroniki stres və emosional gərginlik, yuxu çatışmazlığı, düzgün qidalanmamaq, B6 vitamini və maqnezium çatışmazlığı, həddindən artıq kofein qəbulu, fiziki və zehni yüklənmə, istirahətsiz fəaliyyət QAYT səviyyəsinin azalmasının əsas səbəblərindəndir”.

H.Qəmərlinskaya QAYT səviyyəsini dəstəkləmək üçün media nümayəndələrinə tövsiyələrini verib. O bildirib ki, bunun üçün fiziki fəaliyyət, meditasiya və tənəffüs məşqləri, keyfiyyətli yuxu, düzgün qidalanma, kofein və nikotin istifadəsini məhdudlaşdırmaq mütləqdir.

Tədbirin rəsmi hissəsində TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır. A.Nəsirov səhiyyə sahəsində aparılan işlərin doğru və ətraflı şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə təşəkkür edib.

Təlim çərçivəsində media nümayəndələrinin ixtisaslı həkimlər tərəfindən müayinələri həyata keçirilib. Onlara qanda şəkərin təyini və qalxanvari vəzinin ultrasəs müayinəsi tibbi xidmətləri göstərilib.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, tibbi savadlılıq təlimində iştirakına görə sertifikatlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH