Məktəbdə psixoloji xidmətin aktual problemləri mövzusunda konfrans keçirilmişdir
Naxçıvan, 14 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsində “Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Naxçıvan şəhər orta məktəblərinin təşkilatçıları, psixoloqları, uşaq birliyi təşkilatının rəhbərləri iştirak etmişlər.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli məktəblərdə psixoloji xidmətin təşkilindən, onun aktual problemlərindən, təlim-tərbiyə prosesində məktəb psixoloqlarının rolu və onların işindən, eləcə də tam orta məktəblərin qabaqcıl psixoloqlarının iş təcrübəsindən danışmışlar.
Tədbirdə iştirakçılar tərəfindən verilmiş müxtəlif suallar ətraflı cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]