“MƏMMƏD SƏİD ORDUBADİ, ƏBÜLQASİM ƏMİNZADƏ, ƏLABBAS MÜZNİB. XATİRƏLƏR” KİTABI OXUCULARIN İXTİYARINDADIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Məmməd Səid Ordubadi, Əbülqasim Əminzadə, Əlabbas Müznib. Xatirələr” kitabını nəşr etdirmişdir.
“Nurlan” nəşriyyatında işıq üzü görmüş kitab hazırlanarkən Əlyazmalar İnstitutunda saxlanılan xatirələrdən istifadə olunmuşdur. Kitabda M.S.Ordubadinin Səməd Mənsur, Cəfər Cabbarlı, Ə.Əminzadənin Abbas Səhhət, Məhəmməd Hadi, Ə.Müznibin isə gənclik və uşaqlıq illəri barədə xatirələrində oxuculara xeyli maraqlı məqamlar təqdim edilir. Bütün bunlar XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi ab-havanın öyrənilməsində xüsusi əhəmiyyət daşıyır.
Kitabı çapa institutun əməkdaşı, filologiya elmləri namizədi Nailə Səmədova hazırlamışdır.
Yeni nəşrin redaktoru filologiya elmləri namizədi Mehri Məmmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]