MENECERLƏRİN HAZIRLIĞI PROQRAMININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Konfederasiyanın prezidenti Ələkbər Məmmədov TACİS-in Menecerlərin Hazırlığı Proqramı (MTP) barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, klubun yaradılmasında məqsəd MTP proqramının Azərbaycanda fəaliyyət istiqamətlərinin genişləndirilməsi, MTP iştirakçıları arasında əlaqələrin möhkəmləndirilməsidir.
Proqram çərçivəsində yerli şirkətlərdə menecerlərin peşəkar hazırlığına kömək göstərilməsi, menecerlərin hazırlığı ilə əlaqədar TACİS-in proqramları haqqında informasiyanın yayılması, Avropa Birliyində təcrübə keçmək üçün namizədlərin seçilməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Konfransda MTP proqramının mərhələlərində iştirak edən menecerlər, habelə proqramın Rusiya və Almaniya nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.