Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mənim o yerlərə dönməyim gəlir...

Mənim o yerlərə dönməyim gəlir...

Qərbi Azərbaycanla bağlı itirilmiş ümidlər dirçəlməyə, dəfn etdiyimiz arzularımız baş qaldırmağa başlayıb

Bakı, 23 yanvar, AZƏRTAC

İndi məni o uzaq illərdən və o doğma yerlərdən otuz beş ilə yaxın zaman məsafəsi ayırır. Amma bircə gün də olsun mən onsuz, o yerlərsiz yaşadımmı? Əsla! Bu illər ərzində doğma yurd yerləri gündüzlər xəyalımda, gecələr yuxumda olub. Onun çölünü-düzünü, hər cığırını, dolayını, daşını-kəsəyini, kolunu, ağacını-budağını bütün incəliklərinə qədər xatırlayıram. Uşaqlığımı, gəncliyimi qoyub gəldiyim o yerlərə dönmək və həmin yerləri qarış-qarış gəzmək ən böyük mənəvi rahatlığım ola bilər.

Bunu AZƏRTAC-a müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının onkoloq-cərrahı Ruslan Yusifov deyib.

O, Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində doğulub, 1988-ci ildə ailəsi ilə birgə doğma yurd-yuvasından deportasiya olunub. Şəmkir rayonunun Dağ Cəyir kəndində məskunlaşan R.Yusifov orta məktəbi həmin kənddə bitirib. Onkoloq-cərrah doğma kəndi belə xatırlayır: “Şişqayada doğulub boya başa çatmışam, uşaqlığım orada keçib. Dağların ətəyində yerləşən kəndimizin qarşı tərəfində təxminən 5 kilometrlik məsafədə Göyçə gölü yerləşirdi, kəndin ortasından kiçik bir çay axırdı. Kəndimizin bir korpusu ikimərtəbəli və digər korpusu birmərtəbəli olan məktəbi var idi. Hətta beşmərtəbəli daha bir məktəb də tikilirdi. Təəssüf ki, deportasiya edildiyimizdən onun tikintisinin başa çatmasını görə bilmədik. Ətraf kəndlərdə tam orta məktəb olmadığından digər kəndlərdən olan uşaqlar da təhsil almaq üçün bizim kəndimizdəki məktəbə üz tuturdular. Bundan başqa, ikimərtəbəli univermaq-mağaza, bufet, klub, poçt, təsərrüfat malları satılan xüsusi bir mağaza, məişət evi, bərbərxana, aptek, uşaq bağçası, xəstəxana, böyük kolxoz var idi. Kəndin hər şeyi olduğundan rayon mərkəzinə getməyə o qədər də ehtiyac olmurdu. Ara-sıra valideynlərimiz bizi özləri ilə aparardılar. Rayonun mərkəzindəki böyük bazar və univermaq yadımda qalıb. Univermaqda müxtəlif oyuncaqlar satılırdı, ona görə də rayon mərkəzinə getməyə can atırdıq.

Göyçə mahalı dəniz səviyyəsindən 3 min metrə qədər yüksəkdə yerləşir. Doğma yurdumun hər fəsli bir cür gözəl idi. Qış fəsli kifayət qədər sərt keçirdi, 20 dərəcəyədək şaxta olurdu, yarım metrdən çox qar yağırdı. Nə qədər sərt qış olsa da, Bakıdakı kimi soyuq adamı üşütmürdü.

Ailədə yeddi uşaq idik, böyük həyətimiz, təsərrüfatımız var idi. Qar çox yağdığından onu təmizləmək çətin idi. Bacı-qardaşımla həyətimizi hissə-hissə öz aramızda bölüşür və payımıza düşən ərazini təmizləyirdik. Yayın özgə hüsnü var idi. Göyçə gölünün göz yaşı kimi dumduru suyunda çimirdik. Yaylaqlar, qışlaqlar hamısı yadımdadır. Yaylaqda olanda Gədəbəyin həmsərhəd kəndlərini seyr edirdik.

Məktəb evimizdən o qədər də uzaqda deyildi, arada cəmi 300-350 metrlik məsafə var idi. Həyətimiz böyük olduğundan darvaza evdən 25-30 metr aralı idi. Məktəbdən gələndən sonra darvazanı açıb içəri girəndə balıq qoxusu hiss edən kimi geri qayıdıb qaçmaq istəyirdik. Deyirdik ki, “nə qədər balıq yemək olar”. Balıqlar Göyçə gölündən tutulurdu, dadı bir başqa idi. O balığın dadı hələ də damağımda qalıb, sonralar müxtəlif yerlərdə balıq yesəm də, həmin dadı vermir. İndi həmin dad üçün də bir ayrı darıxıram...

Anam Minayə kitabxanaçı idi, kəndin kitabxanasında işləyirdi, mütaliəni hədindən artıq çox sevirdi. Atam həm müəllim kimi fəaliyyət göstərib, həm kolxozun həmkarlar təşkilatında işləyib. Kifayət qədər böyük təsərrüfatımız olduğundan valideynlərimizə kömək lazım olurdu. Biz də hərəmiz bir işin qulpundan yapışırdıq. Kartof əkən kim, ağacdan meyvə yığan kim...

Bir neçə il əvvəl bir dostumla Gədəbəyin Ermənistanla sərhəd kəndlərindən birinə getmişdim. Oradan atlarla yaylağa qalxıb Qozqıran meşəsinə getdik. Elə bir yüksəkliyə qalxmışdıq ki, oradan ermənilərin postları görünürdü. Üzü Vətənə sarı baxanda sanki Göyçənin küləyi vurdu məni. Bizim yaylaqları xatırladım, ot örtüyü, bitkilər, onların qoxusu, havanın dumanı-çəni, iqlim belə eyni idi.

Bizim eldə bayramlar çox böyük təntənə ilə qeyd edilirdi. Novruz bayramı isə xüsusilə seçilirdi. Hər çərşənbə özünəməxsus qaydada keçirdi. Su çərşənbəsi kim sübh tezdən oyandısa, bulaqdan su götürüb o birinin üstünə atırdı. Elə olurdu bir stəkan, elə olurdu bir vedrə suyu adamın üstünə atırdılar. Od çərşənbəsi günü tonqallardan kənd alova bürünürdü. Novruz bayramında bayramlaşmalar, papaqatma, qapıdinşəmə, yumurtadöyüşdürmə mərasimləri yadımdan çıxmır. Buğdadan həm hədik bişirir, həm də qovurub üyüdərək qovut hazırlayırdılar. Qovutu şəkər tozu ilə qarışdıranda dadı çox gözəl olurdu. Demək olar ki, qovut bayram süfrəsinin vazkeçilməz komponentlərindən idi.

Kənd toylarının isə yerini heç nə verməz. Hər həyətdə toy damı deyilən bir tikili olurdu. Xeyir-şər məclislərini orada keçirirdilər. Toy mərasimləri zamanı aşpazlar qazanları yan-yana düzərək bir-birindən ləziz, dadı damaqlardan getməyən löyün-löyün xörəklər bişirərdilər. Qara zurnanın, nağaranın, balabanın səsi kəndi başına götürərdi. Qoşa çubuqla çalınan nağara toya özgə bir ahəng verərdi”.

R.Yusifovun sözlərinə görə, əvvəllər ermənilərlə azərbaycanlılar arasında demək olar ki, heç bir münaqişə olmasa da, axır vaxtlar bu ənənə getdikcə pozulurdu: “Rayonda 42 kənd var idi, onlardan 2-3 kənd istisna olunmaqla qalan kəndlərin əhalisi tam azərbaycanlılar idi. Ermənilər əsasən rayon mərkəzində çoxluq təşkil edirdilər. Rayon mərkəzinə gedib-gələnlərdən eşidirdik ki, ermənilər onlarla söz-söhbət, narazılıq və qarşıdurma yaratmağa çalışır, hətta bəzən bizimkiləri aşağılayırdılar. Bizim kənddə cəmi bir erməni ailəsi yaşayırdı, ona da çox normal münasibət var idi. Ana nənəm deyirdi ki, 1907 və 1948-ci illərdə ermənilər azərbaycanlıları ev damına yığaraq diri-diri yandırıblar. O, özü həmin hadisələrə şahid olmuşdu. Sən demə, üstündən illər keçsə də onların qəlbində xalqımıza qarşı nifrət hissi azalmayıbmış. Biz 1988-ci ildə onun daha ağır və şiddətli formasını yaşadıq.

Orta məktəbin altı-yeddinci siniflərində bizə erməni dilini tədris etməyə başladılar. Az-çox anlayırdım, lakin tam yaxşı bilmirdim, sonralar unutdum. Bir dəfə rayon mərkəzində şahmat üzrə olimpiada keçirilirdi. Səkkizinci sinifdə oxuyurdum. Bizi yarışa aparan müəllim xəstələndiyinə görə yarışa tək getməli oldum. Finalda milliyyəti erməni olan məktəbli ilə qarşılaşdım. Orada olan ermənilər qaydaların ziddinə olaraq ona kömək edir, ən uğurlu gedişləri başa salırdılar. Lakin mən heç nəyə məhəl qoymayaraq, yarışda qalib oldum.

1988-ci ilin noyabr ayını isə indiyədək unutmamışam. Doqquzuncu sinifdə oxuyurdum. O zaman bizi kəndimizdən məcbur çıxardılar. Nəyimiz var idisə, hamısı orada qaldı. Ən çox məni göynədən kənddən çıxanda qoyub gəldiyim itimiz oldu. Uzun müddət özümə gələ bilmədim...

Valideynlərimin hər ikisi dünyadan köçüblər. Təəssüf edirəm ki, onlar nəinki doğma el-obamızı, hətta Vətən müharibəsində xalqımızın qazandığı tarixi Zəfəri, otuz ilə yaxın işğalda olan torpaqların azad edildiyini belə görə bilmədilər. İkinci Qarabağ müharibəsində qazanılan Şanlı Qələbədən, ən əsası isə Prezident İlham Əliyevin son çıxışlarında Qərbi Azərbaycanla bağlı bəyanatlardan sonra itirilmiş ümidlər dirçəlməyə, dəfn etdiyimiz arzularımız baş qaldırmağa başladı. Az deyil, o vaxt doğma yurddan qovulub çıxarılanda 15 yaşım var idi. O vaxt yeniyetmə, həyatın isti-soyuğundan xəbərsiz bir uşaq idim. Bu illər ərzində valideynlərimi, mənə doğma olan adamların çox böyük əksəriyyətini itirmişəm. Otuz beş ilə yaxın müddət keçsə də doğma yerlərə dönmək arzusu bu illər ərzində bir an da olsun məni tərk etməyib. İnanıram ki, bir gün yenidən doğma kəndə qayıdacaq, uşaqlığımı, gəncliyimi qoyub gəldiyim o yerlərə dönəcəyəm. Bir həkim kimi fəaliyyətimi doğma yurdumda davam etdirəcəyim günü səbirsizliklə gözləyirəm. Mənə elə gəlir ki, bu arzuma qovuşsam, Vətən həsrəti ilə dünyadan köçən valideynlərimin də ruhu şad olar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı