“Mercedes” komandasının nümayəndəsi: Bakıda olmaq həmişə xoşdur
Bakı, 27 aprel, AZƏRTAC
Bakıda olmaq həmişə xoşdur. Mövsümə əla başladıq. Barselonada keçirilən testlərdə bir sıra çətinliklər yaşadıq və yalnız test həftəsinin sonunda bolidin vəziyyətini dəqiq müəyyənləşdirdik. Melburnda isə xoş sürprizlə qarşılaşdıq. Çində də uğurla çıxış etdik. Buna baxmayaraq, 21 yarışın üçündə yaxşı çıxış etmək hələ heç nə demək deyil. Qarşıdakı yarışlara köklənməli və ciddi çalışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu “Mercedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf aprelin 27-də Bakıda keçirilən mətbuat konfransında deyib.
Daim uğur qazanan idmançıları görməyin insana xoş təsir bağışladığını vurğulayan Toto Volf bildirib: “Məşhur idmançılar təcrübəli olduqları üçün yeni mövsümə böyük motivasiya və enerji ilə başlamağı bacarırlar. Təbii ki, Luis Hamilton hazırda əla mövqedədir və yüksək səviyyədə çıxış etməyə hazırdır. Bu, həm pilotun özü, həm də onun komandası üçün uğur göstəricisidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]