Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mərkəzi Asiya ölkələrinin Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayan Azərbaycan daha bir mötəbər tədbirə - SPECA-nın Zirvə görüşünə ev sahibliyi edir

Mərkəzi Asiya ölkələrinin Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayan Azərbaycan daha bir mötəbər tədbirə - SPECA-nın Zirvə görüşünə ev sahibliyi edir

Bakı, 23 noyabr, Abbasəli Yadigarov, AZƏRTAC

Bu günlər Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edir. Belə ki, paytaxt Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi keçirilir. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

AZƏRTAC Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə münasibətlərinə, bu ölkələrlə əməkdaşlığına və onların iqtisadi inkişafına verdiyi töhfələrə qısa nəzər salır.

 
Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əməkdaşlığına baxış
 
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.

Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin intensivləşməsini göstərən daha bir amil isə dövlətimizin başçısının regiona səfərləri ilə bağlıdır. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir.

Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın daha bir istiqaməti isə qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovuşuğunda yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Çünki Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir. Burada Orta Dəhlizin rolu xüsusi vurğulanmalıdır. Orta Dəhliz Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarda böyük üstünlüklər vəd edir. Belə ki, bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 günə çatdırır. Müqayisə üçün qeyd edək ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə Türkiyədən keçməklə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməli olur. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli olduğunu təsdiqləyir. Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” sisteminin tətbiqi isə bu marşrutla yükdaşımaların həcminin ildən-ilə artmasına səbəb olur. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azər-baycanın coğrafi mövqeyi bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Azərbaycan özü də bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi gələn il 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Eyni zamanda, Bakı Dəniz Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tonadək artırılır.

Xəzərdə 50-dən çox gəmidən ibarət ən iri ticarət donanmasına malik olan Azərbaycan Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi istiqamətində fəal çalışır. Belə ki, zavodda istehsal olunacaq tanker və quru yükdaşıyan gəmilərin sayı hazırda ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Həmçinin Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bir sıra digər sahələrdə yeni sərmayə layihələrinin icrasına başlanılıb. Eyni zamanda, Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər.

Azərbaycanın regionda yaratdığı reallıqların Mərkəzi Asiya ölkələrinin inkişafına təsiri 

Təbii ki, Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından qurtararaq ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib, irəli sürdüyü təşəbbüslərlə bir çox ölkənin, eləcə də daha böyük mənada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.

Ölkəmizin, eyni zamanda, etibarlı tərəfdaş, dost ölkələrlə əməkdaşlığa açıq olması da burada mühüm rola malikdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğunu vurğulayan Prezident İlham Əliyev bu barədə deyib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əlaqələrinə ayrı-ayrılıqda nəzər saldıqda görürük ki, burada da artım dinamikası müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəldikdə isə Azərbaycan əvvəlki illərdə bu ölkənin təhlükəsizliyinə böyük töhfələr verib. Belə ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və 2021-ci il avqustun sonunda onu başa çatdırıb. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan beynəlxalq proseslərə istiqamət verən ölkəyə çevrilib

Ümumiyyətlə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Qeyd etdiyimiz kimi, ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə Türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Təsadüfi deyil ki, son üç ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın iki fövqəladə Zirvə görüşü keçirilib. Onlardan birincisi 2020-ci ilin aprelin videokonfrans vasitəsilə olub və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr edilib. Digəri isə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra - bu ilin martında “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda olub. Bu Zirvə görüşlərində həm koronavirusla mübarizə sahəsində, həm də zəlzələdən sonra Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Son illər Türk dövlətləri arasında əlaqələrin intensivləşməsi fonunda Təşkilata daxil olan ölkələrdə baş verən hadisələrə münasibətdə üzv dövlətlərin başçılarının bir araya gələrək məqsədə doğru birlikdə addım atmaları bu ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bu məsələlərdə Prezident İlham Əliyevin liderlik funksiyasını öz üzərinə götürməsi, bunun üzv ölkələrin rəhbərləri tərəfindən yekdilliklə qəbul edilməsi və alqışlanması dövlətimizin başçısının şəxsi nüfuzunun və ona göstərilən dərin hörmətin təzahürüdür.

Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur, etdiyi çıxışlarla ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır.

Qeyd olunanlar bir daha göstərir ki, bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə “İpək yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçirilir FOTO

Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlər görülür

UNEC rektoru abituriyent və valideynlərlə görüşüb

Ötən il dövlət satınalmalarında 742,5 milyon manat dövlət büdcə vəsaitinə qənaət edilib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər YENİLƏNƏCƏK

Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Xidmət rəisi: İnsanlar qızmar yay günlərində diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər

BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib YENİLƏNİB

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Sahibkarlarla görüşdə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib YENİLƏNİB

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi  ŞƏRH

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom aldılar

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib

Sahibkarlığın İnkişafı Fondu: Altı ayda 102,7 milyon manat güzəştli kredit verilib

Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib   YENİLƏNİB

“Azərişıq” ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb

Naxçıvanda “Yaşıl dünya könüllüləri” mükafatlandırılıb

“People's Daily online”: Çin turistləri Azərbaycanı seçirlər

DİM rəhbəri: Süni intellektlə bağlı hadisələrin sonrakı inkişafı bizim özümüzdən asılıdır

Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcək

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Məleykə Abbaszadə: Ənənə və innovasiya vəhdət təşkil etməlidir

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi icra olunub

“Euronews”: Azərbaycan ənənəvi enerji sektorunu şaxələndirmək niyyətindədir

Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi əsası yoxdur - AÇIQLAMA

“Neftçi”nin futbolçusu: Çempionlar Liqasında heç bir komandaya təslim olmaq istəmirik

Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulacaq

Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı haqqında elmi seminar keçirilib

Çinli diplomat: Azərbaycanın İKT sektoruna investisiya qoyacaq Çin şirkətlərinin sayı artacaq

Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq

Çin XİN: Strateji tərəfdaşlıq Çin-Azərbaycan münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir VİDEO

“Sabah” serbiyalı futbolçu ilə güclənib

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

Fərid Qayıbov: Yaylaq festivalı türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib  YENİLƏNİB

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub   YENİLƏNİB

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNİB

Proqram sistemlərinin layihələndirilməsi problemləri araşdırılır

Astaranın Liəzi kəndində selin apardığı körpünün yerində yenisi inşa olunacaq

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib  YENİLƏNİB

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb VİDEO

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNİB

AMEA-nın Humanitar Elmlər Bölməsi bu ilin birinci yarısı üzrə hesabat verib

Naxçıvanın Ali Məclisində aparılmış auditin nəticələri açıqlanıb

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNİB

Yay planlarınızı “Unibank”la reallaşdırın!

Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar VİDEO

Türkiyə mediası: Şuşa Zirvə görüşü Türk dünyasının birliyinin qətiyyətli nümayişidir

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Xocalı Hava Limanında olub YENİLƏNİB

Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Paytaxtın Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

® Həkim-pediatr: Uşaqları çimərliyə aparanda müəyyən qaydalara ciddi riayət edilməlidir

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun formalaşmasında fəal iştirak edir

Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti olub

Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib VİDEO

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Çinin əyalətləri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir

Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Din Tao: Çinin rəqəmsal təhsil sahəsində bütün təşəbbüsləri və ölkədə təcrübə keçmək Azərbaycan üçün açıq olacaq

İsti hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

Tovuz Aqroparkında ilk dəfə şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb

Çin diplomatı: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının mühüm dialoq tərəfdaşdır

Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi müzakirə edilib

İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib

Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Akademik Milli Dram Teatrı mövsüm ərzində yeni nailiyyətlərə imza atıb

İsrail mətbuatında Ermənistandakı antisemitizmi ifşa edən məqalə yayımlanıb

Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb

BANM tələbəsinin layihəsi İsveçrədə qrant qazandı

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

Azərbaycan idmançıları Yakutskda xapsaqay güləşi üzrə yarışda iki medal qazanıblar

Şərqşünaslıq İnstitutunun şöbə müdiri Barselonada beynəlxalq konfransda çıxış edib

Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub

Paytaxtın müxtəlif məkanlarında DOST TV ilə bağlı posterlər nümayiş olunur

Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO

Sumqayıtda türk diplomatının 44 günlük müharibəyə həsr edilən kitabı təqdim olunub

Gürcüstanın dəmir yolları ilə daşınan yüklərin 26 faizini Azərbaycandan gələn tranzit yükləri təşkil edib

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir

DİM: Dövlət orqanlarında 9 vəzifə müsahibəyə çıxarılıb

Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib

Agentlik: 5 məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb