MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 22-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 65 saylı Qusar dairə seçki komissiyasının üzvü Ş.Paşayevin, 82 saylı Sabirabad dairə seçki komissiyasının üzvü F.Məhərrəmovun, 91 saylı Xanlar-Daşkəsən dairə seçki komissiyasının üzvü S.İsmayılovun komissiya üzvlüyündən azad edilmələri və onların yerinə İ.Xankişiyevin 65 saylı Qusar, E.Hüseynovun 82 saylı Sabirabad, A.Zalovun 91 saylı Xanlar-Daşkəsən dairə seçki komissiyasının üzvü təyin olunması haqqında qərar çıxarmışdır.
İclasda həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 5 saylı Culfa-Ordubad dairə seçki komissiyasının üzvü E.Paşayevin, 28 saylı Səbail dairə seçki komissiyasının üzvü Z.Katiblinin, 51 saylı Ağsu dairə seçki komissiyasının üzvləri İ.Mirzəyev və M.Kazımovun, 54 saylı Balakən dairə seçki komissiyasının üzvü T.Əliyevanın, 56 saylı Bərdə şəhər dairə seçki komissiyasının vəfat etmiş üzvü N.Namazovun, 67 saylı Zərdab-İmişli dairə seçki komissiyasının üzvləri N.Orucov və C.Sadıqovun komissiyanın üzvlüyündən azad edilmələri qərara alınmışdır. Müvafiq olaraq Q.Vəliyevin 5 saylı Culfa-Ordubad, X.Şərifovun 28 saylı Səbail, V.Kazımovun və B.Əfəndiyevanın 51 saylı Ağsu, Z.Əliyevin 54 saylı Balakən, M.Əliyevin 56 saylı Bərdə şəhər, N.Əliyev və M.Fəziyevin 67 saylı Zərdab-İmişli dairə seçki komissiyasının üzvü təyin edilmələri barədə qərar qəbul olunmuşdur.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 18 saylı Əzizbəyov dairə seçki komissiyasının üzvləri B.İsmayılov və F.Nəbiyevin, 82 saylı Sabirabad dairə seçki komissiyasının üzvü Ə.Ağayevin komissiya üzvlüyündən azad olunması, Ş.Sadıqov və T.Sadıqovun 18 saylı Əzizbəyov, A.Abıyevin 78 saylı Masallı kənd -Lənkəran, H.Əliyevin 82 saylı Sabirabad dairə seçki komissiyasının üzvü təyin edilmələri qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nın mətbuat xidməti