İQTİSADİYYAT
Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya”larda Azərbaycan həftəsi başlayıb
Bakı, 26 aprel, AZƏRTAC
Mərkəzi və Şərqi Avropa dillərindəki "Vikipediya"larda, o cümlədən az-vikidə, mayın 31-dək davam edəcək "Vikibahar 2016" məqalə müsabiqəsində bu həftə Azərbaycan həftəsidir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak edən digər ölkələrin vikipediyaçıları mayın 1-dək ölkəmiz haqqında bir sıra əhəmiyyətli mövzuları əhatə edən məqalələr yerləşdirəcəklər.
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu müsabiqədə iştirak edən dillərdən hər hansı birini bilən azərbaycanlıları həmin dildəki "Vikipediya"da ölkəmiz haqqında məqalələr yazmağa dəvət edir.