Mikayıl Useynov prospektində avtobus zolağının tələblərinə uyğun yol nişanları qoyulub
Bakı, 17 dekabr, AZƏRTAC
Paytaxtın Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub.
Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni səhər saat 07:00-dan axşam saat 20:00-dək yol nişanın tələbinə əməl etsinlər.