Milli Dram Teatrı bu dəfə də azyaşlı tamaşaçılarını sevindirib
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin dekabr ayının 22-dən başlayan və yanvarın 6-dək davam edəcək bayram tamaşaları gündə dörd seans olmaqla təqdim olunur.
Quruluşçu rejissoru Anar Sadıqov olan “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşasının rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.
Tamaşada aktyorlar Mətləb Abdullayev , İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov və Elçin Hacıyev , Vüsal Mustafayev və İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak ediblər.
Bayram şənliklərində iştirak edən teatrın azyaşlı tamaşaçıları səhnə əsərinə baxandan sonra onlara müxtəlif hədiyyələr də təqdim olunub.