Milli İncəsənət Muzeyi dəvət edir...

Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyi “Symmetria” Sağlamlıq Mərkəzi ilə birlikdə ziyarətçiləri Yeni il ərəfəsində muzeyə dəvət edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlar burada simmetrik və assimetrik kompozisiyalı harmonik, eyni zamanda, ilhamverici unikal incəsənət əsərləri ilə tanış ola biləcəklər. Muzeyə giriş biletlərinin qiymətləri artıq “Symmetria” Sağlamlıq Mərkəzi tərəfindən ödənilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyi mədəni irsin qorunması və iştirakında göstərdiyi dəstəyə görə “Symmetria” Sağlamlıq Mərkəzinə öz təşəkkürünü bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [15:29]
Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb
- 19.05.2025 [15:22]
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir
- 19.05.2025 [15:13]