Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Kitabxanada Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimatı olub

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanasında görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, hər iki kitab Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.

Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bu il ərzində ölkəmizdə, bölgələrdə Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirib: “Görkəmli ədib və alimlərimizin yubileylərini qeyd etməklə bir daha şahidi oluruq ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti nə qədər zəngin və qüdrətlidir. Bu xəzinənin gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyəti var. Biz həmişə öz ənənələrimizə sadiq qalaraq görkəmli şəxsiyyətlərimizin fəaliyyətini dönə-dönə ictimaiyyətə təqdim etməliyik”.

Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan nazir deyib ki, həmin tədbir nəinki Mir Cəlal Paşayevin yaradıcılığının, eyni zamanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə töhfə olub: “Onun əsərlərini oxuyarkən gəldiyim qənaət budur ki, yazıçı mürəkkəb siyasi-ideoloji bir dövrdə yaşasa da, heç vaxt azərbaycançılıqdan, xalqımızın mənəvi aləmindən uzaq düşməyib. Yazıçının əsərlərində düzgünlük, sadəlik, xalqı sevmək, etibar, inam və digər yüksək insani keyfiyyətlər ön plandadır. Buna görə də müəllifin zəngin bədii yaradıcılığı və elmi tədqiqatları hər zaman aktuallığını qoruyub saxlayacaq, yeni nəsillərin mənəvi zənginliyində mühüm rol oynayacaq”.

Nazir qeyd edib ki, təqdimatı keçirilən kitablar çox zəngin məlumatları özündə əks etdirir: “Publisistika” məqalələr toplusunda ədibin 1926-1977-ci illərdə qələmə aldığı məqalələri, “Ədəbi tənqid” kitabında isə alimin 1931-1974-cü illəri əhatə edən araşdırmaları yer alıb. Yazıçının anadan olmasının 110 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından daha mükəmməl və fundamental biblioqrafiya hazırlanıb. Həmçinin nazirlik tərəfindən başlanılan “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı və “Füzuli sənətkarlığı” əsəri Türkiyədə çap olunub. Eyni zamanda, yeni bərpa olunmuş “Bir ailə” filmi nümayiş edilib. Bu tədbirlər xalqımızın Mir Cəlal Paşayevə dərin hörmətinin ifadəsidir. Böyük ədibin çoxtərəfli fəaliyyəti nəinki Azərbaycan xalqı tərəfindən hörmətlə qəbul edilir, onun dərin məzmunlu yaradıcılığı bir sıra xarici ölkələrdə də rəğbətlə qarşılanır”.

Təqdimat mərasimində Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda qələmə aldığı əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur. “Mir Cəlal müəllim xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də quruluşa deyil, Azərbaycan ədəbiyyatı tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi. Bu gün də tələbələrinin yaddaşında yaşayır və bu tələbələr ondan öyrəndiklərini yeni nəsillərə ötürərək müəllimlərinin əziz xatirəsini yaşadırlar”, - deyə Xalq yazıçısı qeyd edib.

Çap olunan kitabların elmi məsləhətçisi, akademik Nizami Cəfərov bildirib ki, Mir Cəlal müəllim sovet rejimi dövründə yaşayıb yaratmış elə müdrik müəlliflər sırasına daxildir ki, bu gün onun ədəbi-tənqidi, publisistik yazılarının altından yazıldığı tarixi götürsək, həmin materialların elə bu gün yazıldığını zənn etmək olar. Bu səbəbdən də kitablarda ədibin bir sözünə də toxunulmayıb və bütün yazılar orijinalda olduğu kimi verilib.

Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, o, hər zaman oxucularının yanında idi. Bütöv şəxsiyyəti ilə Mir Cəlal müəllim özü bir əsər idi.

“Ədəbi tənqid” kitabının “Ön söz” müəllifi professor Asif Rüstəmli diqqətə çatdırıb ki, milli ədəbiyyatımızın saflığı, duruluğu Mir Cəlal müəllimi həmişə düşündürüb: “Onun bədii yaradıcılığa yeni gələn, gələcəyinə ümidlər bəslənilən gənclərin əsərlərinə tənqidi münasibəti də sabit və birmənalı olaraq xeyirxahlıq səciyyəsi daşıyırdı. Mir Cəlal müəllimin çoxşaxəli yaradıcılığında, həyat yolunda mənəvi bütövlük var. Bu mənəviyyat məcrasında görkəmli müəllim, alim, yazıçı taleyi görünməkdədir”.

Mir Cəlalın “Publisistika” kitabının “Ön söz” müəllifi Elnur İmanbəyli çıxışında nəşrin gənc tədqiqatçılar üçün dəyəli mənbə olacağını vurğulayıb, məqalələrdəki fəlsəfi düşüncələrin əhəmiyyətini qeyd edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitablarda nəşr olunan materialların Milli Kitabxananın arxiv fondundan, dövri mətbu nəşrlərdən, Salman Mümtaz adına Dövlət Mədəniyyət və İncəsənət Arxivinin fondlarından toplandığını qeyd edib.

Tədbirdə professorlar Şirindil Alışanlı, Buludxan Xəlilov və başqaları çıxış edərək kitabın elmi məziyyətlərindən, görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıblar.

Bildirilib ki, Mir Cəlalın ədəbi-tənqidi və publisistik məqalələrinin ayrıca kitab halında indiyədək nəşr olunmadığını nəzərə alsaq, bu nəşrlər görkəmli alimin bu mövzuda oxucular və mütəxəssislərlə ilk görüşü hesab oluna bilər.

Mir Cəlalın ailəsi adından çıxış edən oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. O, növbəti tədbirlərdən birinin məhz “Mir Cəlal və müasirləri” mövzusuna həsr olunmasını təklif edib. Diqqətə çatdırıb ki, ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir.

Atası ilə bağlı xatirələri bölüşən Hafiz Paşayev ixtisasca ədəbiyyatçı olmasa da, Mir Cəlalın bədii irsi sayəsində ədəbiyyata böyük maraq göstərdiyini deyib. Kitabların gənclərə tariximizin öyrənilməsində yardımçı olacağına ümid etdiyini diqqətə çatdırıb: “Mir Cəlalı çox zaman işıqlı adam adlandırırlar. Çox istərdim ki, onun yaradıcılığından, yaratdığı əsərlərdən gənc nəsil də bəhrələnsin və ölkəmizin işıqlı gələcəyinə öz töhfələrini versinlər”.

Qeyd edək ki, yeni nəşrlərin layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçisi, akademik Nizami Cəfərov, tərtibçi və elmi redaktoru, professor Kərim Tahirov, redaktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO