Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİS 2006-CI İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLAMIŞDIR

AZƏRTAC xəbər verir ki, Milli Məclis oktyabrın 11-də “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlamışdır.

Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, ilin ən vacib maliyyə sənədi daimi komissiyalarda ətraflı müzakirə edilmiş və məlum olmuşdur ki, 2006-cı ilin dövlət büdcəsinin gəlirləri cari ilin büdcəsinin gəlirlərindən 66,7 faiz, xərcləri isə 61,9 faiz çoxdur. Bu da deputatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Sonra maliyyə naziri Əvəz Ələkbərov çıxış edərək demişdir ki, respublikada makroiqtisadiyyat və makromaliyyə, iqtisadi subyektlərdə struktur dəyişiklikləri keyfiyyətcə yeni səviyyəyə qalxmış, daha sürətli iqtisadi artım, yoxsulluğun mərhələ-mərhələ azaldılması, işsizliyin aradan qaldırılması, inflyasiyanın sabit saxlanması, maliyyənin gücləndirilməsi, əhalinin real pul gəlirləri ilə istehlak səbəti arasında tarazlığın təmin edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur.

Cari ilin 9 ayında ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,8 faiz, əhalinin adambaşına pul gəlirləri 20,6 faiz artmış, orta aylıq əmək haqqı 22,2 faiz artaraq 578,2 min manata (124,1 ABŞ doları), əhalinin banklardakı əmanətləri isə 31,3 faiz artaraq 2,3 trilyon manata çatmışdır. 2005-ci ilin 9 ayında büdcə gəlirləri 100,9 faiz, xərcləri 95,8 faiz icra olunmuşdur ki, bu da ötən illə müqayisədə müvafiq surətdə 35,2 və 49,3 faiz çoxdur. İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 101-102 faiz, xərclərinin isə 97-99 faiz icra olunacağı gözlənilir.

Hazırda Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı topdansatış qiyməti arasındakı fərqdən 25 faiz həcmində ödəniş müəyyən olunmuşdur. Növbəti ildən bu mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, dövlət büdcəsində xam neft üçün nəzərdə tutulmuş qiymət çərçivəsində (1 barrel üçün 40 ABŞ dolları) hesablanmış vəsait dövlət büdcəsinə, bu qiymətdən yuxarı olan neft gəlirlərindən getdikcə yüksələn dərəcə (50-75 faiz) üzrə hesablanmış vəsaitlər isə Dövlət Neft Fonduna ödəniləcəkdir. Belə bir addım dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasına və bu gəlirlərin idarə olunmasının daha da təkmilləşdirilməsinə əlavə təminat verəcəkdir.

2006-cı ilin büdcə layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Prezidentinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr diqqət mərkəzində olmuşdur. Xərclərin strukturu və onun istiqamətləri müəyyənləşdirilərkən üstün istiqamətlərlə yanaşı, antiinflyasiya tədbiri kimi, xərclərin daxili bazara təsiri öyrənilmiş, vəsaitlərin ölkədə və onun xaricində xərclənməsi nisbəti, nağd və nağdsız əməliyyatlar üzrə tarazlığın təmin edilməsi prinsipləri gözlənilmişdir. Hökumət əmindir ki, belə tarazlı yanaşma 2006-cı ilin dövlət büdcəsinin inflyasiya prosesində iştirakının qarşısını alacaqdır.

Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və ortamüddətli maliyyə proqramına uyğun olaraq, 2006-cı ildə büdcə-vergi siyasəti ilə yanaşı, gəlirlər, xərclər və büdcə kəsiri üzrə bir sıra tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

Ölkənin sosial-iqtisadi konsepsiyasına və büdcə-vergi siyasətinə uyğun olaraq, 2006-cı ildə ümumi daxili məhsulun real artımı 30,5 faiz, sahə quruluşunda sənayenin həcmi 46,7 faiz, kənd təsərrüfatının həcmi 11,9 faiz, bütün nəqliyyat növləri üzrə yükdaşımaların həcmi 18,2 faiz artımla nəzərdə tutulmuşdur. Gələn il əhalinin pul gəlirləri 26,4 faiz, orta aylıq əmək haqqı 25 faiz artımla proqnozlaşdırılmışdır. 2006-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 23,6 faizi həcmində, cari ilin gözlənilən icrasına nisbətən 6,4 bənd çox olacaqdır.

Mütləq ifadədə dövlət büdcəsinin gəlirləri 3 milyard 408 milyon 300 min manat, yəni cari ilin proqnozuna nisbətən 67,8 faiz çoxdur.

Büdcə daxilolmalarının 2,2 milyard manatı Vergilər Nazirliyinin, 477,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, qalan hissəsi isə digər daxilolmaların hesabına formalaşacaqdır.

Növbəti il dövlət büdcəsi xərclərinin tərtibi zamanı sifarişlərin 86 faizi nəzərə alınmışdır ki, bu da 2005-ci ilə nisbətən 6 bənd çoxdur. Xərclərin ÜDM-in tərkibindəki xüsusi çəkisi cari ilin gözlənilən icrasına nisbətən 6,5 bənd artaraq 24,7 faiz təşkil edəcəkdir.

2006-cı ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün ÜDM-in 1,1 faizi həcmində və ya 158 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, onun da 63,3 faizini dövlət qısamüddətli istiqraz vərəqələrinin buraxılışından daxilolmalar təşkil edir.

Gələn ilin icmal büdcəsinin gəlirləri 4,3 milyard manat, xərcləri 4,6 milyard manat təşkil edəcəkdir.

Sonra iqtisadi inkişaf naziri Fərhad Əliyev, Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək, gələn ilin dövlət büdcəsi üzrə proqnozlara münasibət bildirmiş, təkliflərini vermişlər.

Milli Məclisin günün ikinci yarısında keçirilən iclasında deputatlar 2006-cı il dövlət büdcəsi layihəsinin müzakirəsini davam etdirdilər. Müzakirələrdə hökumət üzvləri, deputatlar çıxış edərək büdcə ilə əlaqədar öz mülahizələrini, təklif və rəylərini bildirdilər.

Hesablama Palatasının sədri Namiq Nəsrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev büdcənin parametrlərini səciyyələndirdilər. Qeyd olundu ki, gələn ilin dövlət büdcəsinin xərclərində elmə 32,9 faiz, səhiyyəyə 41,2 faiz, sosial təminata 10,7 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələrinə ayırmalar 41 faiz artırılmışdır.

Büdcə xərclərinin 32 faizi və ya 1 milyard 135 milyon manatı elmin, təhsilin, səhiyyənin, sosial təminatın, mədəniyyətin payına düşür.

Müzakirələrdə deputatlar bildirdilər ki, gələn ilin büdcəsində ünvanlı sosial yardım üçün 361 milyard manat nəzərdə tutulur. Bu, 290 mindən çox ailəni əhatə edəcəkdir.

Büdcədə uşaqların qidalanması üçün 30 milyon manat nəzərdə tutulmuşdur. Vurğulandı ki, dövlət büdcəsinin layihəsi ilə tanışlıq hər kəsə Azərbaycanın iqisadiyyatı ilə bağlı real təsəvvür yaratmağa imkan verir. 2005-cı ilin gözlənilən nəticələri əvvəlki ilə nisbətən 20 faiz çox olacaqdır. Gələn il isə bu artım 30,5 faiz proqnozlaşdırılır. 2006-cı ilin dövlət büdcəsinin gəlirləri cari ilin təsdiqlənmiş göstəriciləri ilə müqayisədə 70 faiz çox olacaqdır. Bu, 2001-ci illə müqayisədə 4 dəfə çoxdur.

Deputatlar onu da bildirdilər ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası belə yüksək makroiqtisadi göstəricilər əldə edilməsinə zəmin yaratmışdır.

İclasda qeyd olundu ki, gələn ilin büdcə layihəsi sosial yönümlü və sərmayə tutumludur. Sosial layihəyə yönəldiləcək xərclərin büdcədəki xüsusi çəkisinin 40 faiz olması bunu deməyə əsas verir.

Gələn il ölkə infrastrukturunun bəzi çox vacib sahələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı dairəvi avtomobil yolunun yenidən qurulması, Sumqayıtda və “Şimal” DRES-də yeni buxar-qaz qurğularının, regionlarda modul elektrik stansiyalarının, yeni xəstəxanaların, məktəb və idman komplekslərinin, su təchizatı və digər obyektlərin tikintisi həyata keçiriləcəkdir.

2006-cı ilin büdcəsində nəzrdə tutulan önəmli iqtisadi tədbirlərdən biri də kiçik və orta sahibkarlığa göstərilən maliyyə dəstəyinin gücləndirilməsi olacaqdır. Gələn il bu məqsədə iki dəfə çox vəsait yönəldiləcəkdir.

Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında 2006-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltəraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO