Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya cansağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri davam etdirilib.

Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Hicran Hüseynova, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar Hikmət Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, İlham Məmmədov, Elşad Mirbəşiroğlu, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı, Sahib Alıyev, Fəzail Ağamalı, İltizam Yusifov, Azər Badamov, Elman Nəsirov, Razi Nurullayev, Vahid Əhmədov, Əli Məsimli, Fatma Yıldırım, Kamal Cəfərov, Tahir Kərimli, Ceyhun Məmmədov, Rauf Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Emin Hacıyev, Musa Qasımlı, Kamran Bayramov, Malik Həsənov, Sadiq Qurbanov, Bəhruz Məhərrəmov, Pərvin Kərimzadə, Könül Nurullayeva, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Kamilə Əliyeva, Cəbi Quliyev, Əziz Ələkbərov, Nəsib Məhəməliyev, Səbinə Xasayeva çıxış ediblər.

Milli Məclisin deputatları Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının qəbul olunması, Yeni Azərbaycan Partiyasının(YAP) yaranmasının qarşıdan gələn 30 illik yubileyi ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə kəskin etirazlarını bildiriblər. Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri qaldırıblar.

Deputatlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin ən böyük dövlət büdcəsi kimi xarakterizə ediblər. Büdcə layihəsində əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərinin artırılmasını müsbət qiymətləndiriblər. Bildiriblər ki, tarixdə ilk dəfədir dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30 milyard manatı keçib. Vurğulanıb ki, 2023-cü ilin dövlət büdcəsi ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir.

Gələn ilin dövlət büdcəsini dünyanın müasir çağırışları, qlobal kataklizmlər və ərzaq təhlükəsizliyi kontekstində dəyərləndirərək, onun bu çağırışlara adekvat cavab verdiyini qeyd ediblər. Deputatlar büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələri və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

Milli Məclisin deputatları səhiyyəyə, təhsilə, ailə institutunun qorunmasına, qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını təqdir etməklə yanaşı, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Bununla da 2023-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin dünənki plenar iclasında başlayan, bu gün səhər və fasilədən sonra davam edən müzakirələri yekunlaşıb. Beləliklə, parlament tarixində ilk dəfədir ki, çıxışa yazılmış deputatların hər biri çıxış edərək, müvafiq təkliflərini səsləndiriblər.

Geniş müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyulub və qəbul edilib.

İclasa sədrlik edən Sahibə Qafarovanın təklifi ilə gündəliyin növbəti iki məsələsinin - “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Bildirilib ki, Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7 faiz çoxdur.

Fondun gəlirlərinin strukturuna diqqət çəkən Musa Quliyev qeyd edib ki, gəlirlərin 4 milyard 783,6 milyon manatının, yaxud 76,4 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır. Bu da cari ildəkindən 9,7 faiz, yaxud 422 milyon manat çoxdur.

Orta aylıq əməkhaqqının cari ilin sonuna 838 manat təşkil edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn ildə pensiyaların orta hesabla 14,5 faiz artırılmasını təmin etməyə imkan yaradacağını vurğulayıb.

Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev ümumi xərclərin 97 faizinin və ya 6 milyard 77 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcəyini qeyd edib. Bildirilib ki, gələn il əhaliyə ödənişlərin nəzərdə tutulmuş proqnozu ötən ilin təsdiqlənmiş proqnozundan 646,4 milyon manat, yaxud 12 faiz çoxdur. Eyni zamanda, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 423 manat təşkil edəcəyi gözlənilir. Musa Quliyev DSMF-nin işinin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.

“İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, gələn il fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulur. Bu da cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3 faiz çoxdur.

Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 159,6 milyon manatı, yaxud 74,9 faizi işsizlikdən sığorta haqları üzrə yığımın, 53 milyon manatı, yaxud 24,9 faizi isə cari ilin sonuna qədər istifadə olunmamış vəsaitin hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 71,8 faizi qeyri-büdcə sektorunun payına düşəcək.

Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev növbəti ildə də özünəməşğulluq layihəsinin davam edəcəyini bildirib. Beləliklə də, özünəməşğulluq layihəsi ilə məşğulluğu təmin olunanların sayı 80 min nəfərə çatacaq. Vurğulanıb ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.

Sonra komitə sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirib, məsələlər barədə fikirlərini açıqlayıb. Tahir Mirkişili DSMF-nin büdcəsinin ilk dəfə olaraq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilməsini qeyd edərək komitənin rəyinin müsbət olduğunu açıqlayıb. Vurğulayıb ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin artırılması Azərbaycanda dövlətimizin başçısı tərəfindən aparılan sosial siyasətin təminatı baxımından mühüm rol oynayır.

O, diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 300 milyon manat əlavə vəsait deməkdir.

Bildirilib ki, fondların təklif olunan büdcə layihələri pensiya sisteminin və sosial siyasətlə bağlı qarşıya qoyulan hədəflərin maliyyə dayanıqlılığını tam təmin edir.

Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müzakirəyə təqdim olunan qanun layihələri barədə fikirlərini açıqlayıb. Bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi və rifah halının yaxşılaşdırılması dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 46 faizə çatdırılması, o cümlədən son 5 ildə bu istiqamətdə ayrılan vəsaitin mütləq ifadədə 2 dəfə artırılması bunun əyani sübutudur.

Nazir diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin gəlirlərindən 658 milyon manat və ya 12 faiz çoxdur. Gəlirlərin 76 faizi və ya 4 milyard 784 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşacaq. Bu isə cari ildən 422 milyon manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2023-cü il üçün daxilolmalar 1 milyard 783 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 3 milyard manat proqnozlaşdırılır. Ümumilikdə 2022-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2023-cü il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 5 faiz və ya 88 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13 faiz və ya 334 milyon manat artacaq.

Qeyd edilib ki, dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 milyard 468 milyon manat müəyyən edilib. Eyni zamanda, sosial sığorta haqlarının yığımının proqnoza nisbətən çox olması, habelə sosial sahədə inzibatçılığın təkmilləşdirilməsi və əsassız ödənişlərin qarşısının alınması nəticəsində cari ilin yekunları üzrə Fondun ciddi ehtiyat yastığının formalaşması proqnozlaşdırılır.

Bildirilib ki, növbəti ildə fondun xərcləri gəlirlərinə bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da 2022-ci ilə nisbətən 658 milyon manat və ya 12 faiz çoxdur. Qeyd olunub ki, növbəti il üçün pensiyaların orta aylıq məbləği 423 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 456 manat olaraq proqnozlaşdırılır.

Sahil Babayev diqqətə çatdırıb ki, 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı da ilk dəfə olaraq bərabərləşdirilir və 246 manat məbləğində müəyyən edilir.

Qeyd edilib ki, bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilərək, sığorta stajı amnistiyasının müddətinin daha 3 il uzadılması ilə bağlı layihə də büdcə zərfinə daxil edilib.

Sonra Sahil Babayev İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, Fondun gəlirləri və xərcləri 212,7 milyon manat proqnozlaşdırılıb. Sığorta haqları üzrə gəlirlər 159,6 milyon, cari ildən qalıq vəsait 53 milyon manat olaraq planlaşdırılır. O, qeyd edib ki, Fondun əsas fəaliyyət istiqamətini məşğulluq proqramlarının icrası, xüsusilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi təşkil edir. Məşğulluq xidməti tərəfindən son 4 il ərzində 400 mindən çox şəxs işlə təmin edilib. Özünəməşğulluq proqramının icrasına 87 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır və bu, 10 min 600 ailənin kiçik və mikro biznesinin qurulmasına sərf ediləcək.

Nazir, eyni zamanda, büdcə zərfinə daxil olan digər qanun layihələri ilə bağlı məlumat verib. Bildirib ki, layihələrə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinətin müəyyən edilməsi nəzərdə tutulur.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DSMF-in 2023-cü il üçün gəlir və xərcləri ilə bağlı palatanın mövqeyini təqdim edib.

Palata sədri bildirib ki, DSMF büdcəsinin büdcə sisteminə daxil olmaması büdcə sistemi haqqında tənzimləmələrin fondun büdcəsinə münasibətdə tətbiqinə şərait yaratmır. Dövlət Sosial Müdafiə Fondunun hesablarında yaranan qalıq vəsaitin istifadəsinə toxunan Vüqar Gülməmmədov bu vəsaitin cari dövrdə digər istiqamətə yönəldilməsinin haqq-öhdəlik zəncirinin qırılması ilə fondun, deməli, dövlətin yeni öhdəliklərinin yaranmasına gətirib çıxara biləcəyini diqqətə çatdırıb.

Bildirib ki, cari ilin sonuna da qalıqların 1 milyard manatdan yuxarı həddə olacağı gözlənilir. Bu da növbəti il üçün proqnozlaşdırılan məcmu gəlirlərin 17,1 faizi həcmindədir. Fondun ilin əvvəlinə xəzinə hesabında qalığının növbəti ildə xərclərin maliyyələşdirilməsinə yönəldildiyini diqqətə alaraq, Hesablama Palatası Fondun gələcək dövrdə maliyyə dayanıqlılığının təmin olunması məqsədilə dövlət öhdəliyinin dəqiqləşdirilməsi şərti və sığorta ehtiyatı kimi istifadəsi ilə bağlı hüquqi tənzimlənmənin yaradılmasına zərurət olması qənaətindədir.

Qeyd olunub ki, Hesablama Palatası dövlət büdcəsində olduğu kimi, büdcədənkənar dövlət fondlarının büdcə layihələrini müşayiət edən sənədlərin çeşidinin artırılması, həmin sənədlərin məzmununa tələblərin müəyyən edilməsi tərəfdarıdır.

Məcburi dövlət sosial sığorta haqlarının tərkibində xüsusi potensiala malik qeyri-büdcə sektoru üzrə daxilolmalarla bağlı məlumat verən palata sədri cari ilin gözlənilən icra göstərici ilə müqayisədə artım tempinin orta aylıq əməkhaqqının proqnozlaşdırılmış artım tempi ilə müqayisədə təhlil edib.

Qeyd olunub ki, növbəti ildə əhaliyə ödənişlərin cari illə müqayisədə artımla proqnozlaşdırılması fonunda bu ödənişlərin digər struktur elementi olan məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinin azalma ilə nəzərdə tutulması artımın bütünlüklə pensiya xərclərini əhatə edəcəyini göstərir ki, bu da pensiyaçıların rifah halının qorunması və gücləndirilməsi istiqamətində müsbət rol oynayacaq.

Müzakirələrdə çıxış edən deputatlar Etibar Əliyev, Cavanşir Paşazadə, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Vahid Əhmədov, Elnur Allahverdiyev, Siyavuş Novruzov qanun layihələri ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər.

Müzakirələrin yekununda “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO