SİYASƏT
MİLLİ MƏCLİS BİR SIRA QANUNLARI ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL EDƏCƏKDİR
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Milli Məclisin növbəti iclası işə başlamışdır. İclasda əvvəlcə cari məsələlərə baxılmışdır. Deputatlar regionlarda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
İclasda “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul olunacaq, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası təsdiq ediləcəkdir.
Bundan başqa, iclasda bir sıra qanunlara və qanunvericlik aktlarına əlavələr və dəyişikliklər olunacaqdır.