Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitələrinin iclaslarında iştirak edəcəklər
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.
Komitələrdə Avropa İttifaqı və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının və inteqrasiyanın təminatı haqqında, həmçinin tərəfdaş ölkələrdə əmək bazarında qadınların vəziyyəti barədə hesabat layihələri, komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər müzakirə ediləcək.
Səfər çərçivəsində Ukraynanın Baş naziri, Ali Radanın sədri, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulub.
Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]
Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]