Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci il üçün büdcə layihəsi müzakirə olunub

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci il üçün büdcə layihəsi müzakirə olunub

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, parlamentin müzakirəsində olan 2022-ci ilin dövlət və icmal büdcələri Büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. Milli Məclis sədrinin birinci müavini gələn ilin büdcəsinin 30 illik müstəqillik tarixinin ən böyük büdcəsi olduğunu xüsusi vurğulayıb və həm müharibə dövründə, həm də müharibədən sonra çox böyük vəsaitlərin xərclənməsinə baxmayaraq, indi təqdim olunan büdcənin məbləğinin öz-özlüyündə Azərbaycan dövlətinin və iqtisadiyyatının qüdrətini və dayanıqlığını göstərdiyini qeyd edib.

Sonra maliyyə naziri Samir Şərifov büdcəni təqdim edib. 2022-ci il dövlət və icmal büdcələrinin tərtibində rəhbər tutulan göstəricilərdən bəhs edən Samir Şərifov vurğulayıb ki, gələn ilin büdcəsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun hazırlanıb. Maliyyə naziri bildirib ki, Prezidentin həmin Sərəncamına uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası” da artıq dövlətimizin başçısına təqdim olunub və bu sənədin qəbulundan sonra 2022-ci il dövlət büdcəsinə və ortamüddətli dövr üzrə əsas icmal büdcənin parametrlərinə, ümumiyyətlə büdcə-vergi siyasətinə müəyyən dəyişikliklərin edilməsi istisna deyil.

Büdcə proqnozları barədə məlumat verən nazir vurğulayıb ki, gələn il üçün ÜDM-də artım 3,9 faizə, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 faizə, bir barel xam neftin satış qiyməti isə 50 ABŞ dollarına bərabər götürülüb.

Maliyyə naziri büdcə vergi siyasətinin ana xəttini makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi artımın və sahibkarlığın inkişafını dəstəkləyən, əhalinin həssas qruplarının, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyasının davam etdirilməsi, “Böyük qayıdışın” təmini və ölkənin müdafiə qabiliyyətinin artırılması kimi tədbirlər təşkil edəcəyini bildirib və dövlət büdcəsinin xərc istiqamətlərini təhlil edib.

Çıxışının sonunda icmal büdcənin əsas parametrləri barədə də deputatlara qısa məlumat verən nazir deputatları Azərbaycan Prezidenti İlham Əliyevin daim prioritet hədəf kimi diqqətdə saxladığı əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi inkişafın stimullaşdırılması üçün maliyyə təminatının yaradılmasına xidmət edəcək 2022-ci ilin dövlət və icmal büdcələrini dəstəkləməyə çağırıb.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2022-ci ilin Dövlət Büdcəsinə dair hazırladığı rəyini təqdim edib. O, rəydə ali audit orqanının istifadə etdiyi qiymətləndirmələr və standartlar barədə məlumat verib. Palatanın rəyinə görə, 2022-ci ilin Dövlət Büdcəsinin tərtibində və strukturunda qanunvericiliyin tələbləri əsasən gözlənilib. Büdcə zərfinə daxil edilmiş məlumatların təhlili göstərir ki, palatanın əvvəlki rəylərində qeyd edilmiş məsələlər nəzərə alınıb. Təqdim olunan büdcənin bir sıra pozitiv meyillərini də qeyd edən Vüqar Gülməmmədov müxtəlif fiskal diaqnostika alətlərinin tələbləri və beynəlxalq təcrübədən irəli gələrək rəyə daxil edilən bir sıra tövsiyələrdən - təqdim olunan məlumatların əhatə dairəsinin genişləndirilməsinin vacibliyindən, Dövlət Neft Fondundan birbaşa transfertlərə məhdudiyyətin qoyulmasından bəhs edib. Palata sədri növbəti ilin dövlət büdcəsinin xərclərində “İqtisadi fəaliyyət”, “Əməyin ödənişi” kimi bölmələrin xüsusi çəkisinin əvvəlki kimi yüksək saxlandığını vurğulayıb.

Büdcə müzakirələrində İntizam komissiyasının sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər.

Komitə sədrləri işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdışın büdcədə prioritetdə saxlanmasını, rayonların özünü maliyyələşdirməsi kimi müsbət tendensiyaları xüsusi qeyd ediblər. Deputatlar müharibədən sonra büdcənin tarazlı olmasını və büdcədə iqtisadi artımın stimullaşdırılması, əhalinin sosial müdafiəsi, əməkhaqlarının artırılması, hərbi qüdrətin möhkəmləndirilməsi kimi tədbirlərə kifayət qədər vəsaitin nəzərdə tutulmasını müsbət qiymətləndiriblər, müəyyən məsələlərlə bağlı fikirlərini bildiriblər.

Həmçinin İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Məmmədov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Razi Nurullayev, Naqif Həmzəyev, Vüqar İskəndərov, Elman Nəsirov, Arzu Nağıyev, Nəsib Məhəməliyev müzakirə olunan sənədlə bağlı suallarını və təkliflərini səsləndiriblər.

Sonra iclasda nazir Samir Şərifov müzakirələrdə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Birgə iclasda deputatlar Kamal Cəfərov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Aqil Abbas, Elman Məmmədov, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Nigar Arpadarai, Ramil Həsən, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Afət Həsənova, həmçinin iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Maliyyə Nazirliyinin idarə rəisi Fazil Fərəcov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin direktoru Mustafa Abbasbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir