MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROV KİYEVDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
Sentyabrın 26-da M.Ələsgərov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoymuşdur. Parlament nümayəndə heyətinin üzvləri, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) nümayəndələri də Azərbaycanın dahi oğlunun abidəsi önünə gül-çiçək düzmüşlər. Sonra Murtuz Ələsgərov və Milli Məclisin deputatları Azərbaycanın Kiyevdəki səfirliyi yanında, bu abidənin ucaldıldığı parkın ərazisində ağac əkmişlər.
Milli Məclisin sədri səfirliyimizdə diplomatlarımızla da görüşmüşdür.
Elə həmin gün “Nasional” mehmanxanasında M.Ələsgərovun Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi və fəalları ilə görüşü olmuşdur. Görüşü giriş sözü ilə səfir Tələt Əliyev açmışdır. UAK-ın sədri Oqtay Əfəndiyev Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Konqresin adından səmimiyyətlə salamlayaraq, diasporumuzun fəaliyyəti barədə məlumat vermişdir. O bildirmişdir ki, hazırda Ukraynada təxminən yarım milyon həmvətənimiz yaşayır, ölkənin 27 subyektində UAK-ın regional şöbələri fəaliyyət göstərir. Diasporumuz Ukrayna həyatının bütün sahələrində yüksək fəallığı ilə fərqlənir. O.Əfəndiyev parlamentin sədrini əmin etmişdir ki, UAK ümummilli liderimiz Heydər Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi millətin sıx birləşdirilməsi vəzifəsi naminə öz sıralarını bundan sonra da möhkəmləndirəcəkdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov çıxışında ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu qeyd etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublika həyatının bütün sahələrində qazanılmış böyük uğurlardan danışaraq bildirmişdir ki, bütün bunlar xalqımızı Azərbaycan xalqının firavanlığı və dahi Heydər Əliyev tərəfindən möhkəm və sarsılmaz bünövrəsi qoyulan dövlətimizin tərəqqisi naminə yeni nailiyyətlərə ruhlandırır.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan münaqişəsindən söz acaraq, soydaşlarımızı bu barədə bütün həqiqəti Ukrayna ictimaiyyətinə çatdırmağa çağırmışdır. O vurğulamışdır ki, rəsmi Kiyev Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu, Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə və xarici işlər nazirinin birinci müavini Vladimir Yelçenko ilə görüşlərdə bir daha təsdiq edilmişdir.
Parlamentin sədri diasporumuzun rəhbərliyinə və fəallarına müstəqil Azərbaycan naminə və onların ikinci vətəni olan müstəqil Ukrayna naminə yeni uğurlar və nailiyyətlər arzulamışdır.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin azərbaycanlılara qarşı soyqırımından bəhs edən kitabını və V.Abdullayevin Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “Sülh və sabitlik Prezidenti” kitabını UAK-ın rəhbərliyinə təqdim etmişdir.
Milli Məclisin nümayəndə heyəti həmin gün Kiyevin tarixi memorial kompleksləri ilə də tanış olmuşdur.
Azərbaycan parlamenti sədrinin Ukraynaya rəsmi səfəri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]