Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

        Avqustun 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin /MOK/ inzibati binasında MOK-un prezidenti, Dövlət Neft Şirkətinin birinci vitse prezidenti,  Milli Məclisin deputatı İlham Əliyevin ölkəmizin Taekvondo federasiyasının rəhbərləri və idmanın bu növü üzrə ölkəmizin yığma komandasının üzvləri ilə görüşü olmuşdur.    

        MOK-un prezidenti İlham  Əliyev tədbiri açdı, görüş iştirakçılarını səmimiyyətlə salamladi.                

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış etdi, onları qəbul etdiyinə görə cənab İlham Əliyevə təşəkkürünü bildirdi. O, federasiyanın son vaxtlar gördüyüi işlər, keçirdiyi tədbirlər haqqında danışdı və dedi ki, əldə olunan bütün nailiyyətlər Prezident Heydər Əliyevin və MOK rəhbərliyinin ölkəmizdə idmanın inkişafına göstərdiyi qiqqət və qayğının sayəsində olmuşdur. Respublikamızdayeni idman komplekslərinin tikilməsi, idmançılara yaradılmış şərait onlarda böyük ruh yüksəkliyi yaratmış və  Avropa, dünya çempionatlarında Azərbaycanın şərəfini ləyaqətlə qorumuşlar.

Kəmaləddin Heydərov bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi, taekvondoçularımızın gələcəkdə də uğurlar qazanacaqlarını, beynəlxalaq yarışlarda Azərbaycanın bayrağının daim yüksəklərə qaldırılacaqlarını vurğuladı.

Federasiyanın vitse prezidenti Füzuli Musayev  koreya respublikasından gəlmiş və ölkəmizdə idmanın bu növünün inkişafına kömək edən qonaqları təqdim etdi, son illər ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verdi. O dedi ki, Koreya Respublikasında  keçirilmiş  və 2013 idmançının iştirak etdiyi Ümumdünya festivalında taekvondoçularımız  8 medal qazanmış və Azərbaycan 63 ölkə içərisində birinci yerə çıxmışlar.

Qarşıdan gələn dünya səviyyəli yarışlarda iştirak

edəcəklərini vurğulayan natiq Azərbaycan Prezidentinə və MOK-un rəhbərinə bütün idmançılar adından dərin təşəkkürünü bildirdi.

        Milli Olimpiya Komitəsinin prezidenti

  İlham Əliyev görüşdə çıxış etdi.

 

                               Azərbaycan Milli Olimpiya Komitəsinin

                                  prezidenti İlham Əliyevin çıxışı

 

        - Çox sevindirici haldır ki, qısa bir müddət ərzində Azərbaycanda taekvondo sürətlə inkişaf edibdir. Taekvondo bizim üçün ənənəvi idman növü deyil və təsadüfi deyil ki, bu sahədə bizə Koreyadan, yəni bu idman növünün vətənindən gəlmiş məşqçilər kömək göstərirlər. Ancaq çox qısa bir müddət ərzində Azərbaycanda teakvondoya həm böyük maraq yaranıb, eyni zamanda, federasiyanınfəaliyyətindəçox güclü dönüş baş vermışdır.

        Biz Sidneydə olarkən orada idmanın müxtəlif növlərini izləyirdik. Çox narahat olurduq ki, Azərbaycan taekvondoçuları Sidneydə iştirak etmirlər, lisenziya qazana bilməyiblər. Düzdür, çox az bir zaman içərisində bunu etmək çətin idi. Ancaq olimpiadadan sonra biz taekvondoda həqiqi mənada böyük uğurları müşahidə edirik. Bu ilk növbədə onunla bağlıdır ki, taekvondo federasiyasının rəhbərliyinə yeni adamlar seçilmişlər. Yeni prezident və vitse-prezident seçilmişdir və onlar əməli şəkildəhəm bizə, həm də bütün idman ictimaiyyətinə göstərirlər ki, Azərbaycanda hər bir idman növü üzrə çox güclü, mahir, perspektivli idmançılar vardır.

        Ona görə də təsadüfi deyildir ki, yenə də qeyd edirəm, qısa bir müddət ərzində bizim idmançılarımız mötəbər yarışlarda böyük müvəffəqiyyətlə çıxış ediblər və vətənə çoxlu medallar gətiriblər. Indi biz bu medalları burada görürük.

        Yəqin hamımıza aydındır ki, taekvondo idman növünün vətənində qələbə qazanmaq çox çətin bir işdir vəidmançılarımızın komanda hesabında birinciliyi əldə etməsini, -  bunu Füzuli də qeyd etdi, mən də razıyam ki, - biz heç gözləmirdik. Amma yenə də bildirirəm ki, bu, məhz gərgin, məqsədyönlü işin nəticəsidir.

Bundan sonra hərbçilərinümumdünya oyunları keçirilmişdir. İdmançılarımız orada da öz istedadlarını göstəriblər, bacarıqlarını nümayiş etdiriblər. Beləliklə, mən hesab edirəm ki, indi Azərbaycan dünya taekvondo ailəsinin çox dəyərli bir üzvüdür. Yəqin ki, sizə də, gələcəkdə yarışacaq idmançılarımıza da çox ehtiyatla yanaşacaqlar, taktikanızı izləyəcəklər və sizinlə görüşlərə çox böyük məsuliyyətlə hazırlaşacaqlar. Siz gərək bunu nəzərə alasınız.

Gələcək fəaliyyətinizdə ona hazır olmalısınız ki, artıq taekvondoda Azərbaycanın yeri görünür və Azərbaycanın qüdrəti hiss olunur. Sizi gələcəkdə dünya cempionatı gözləyir. Mən əminəm ki, bizim idmançılarımız oradan vətənə qələbə ilə qayıdacaqlar. Ancaq dünya çempionatı bizim üçün birinci ciddi sınaq olacaqdır. Əlbəttə, beynəlxalq turnirlər, Koreyanın açıq çempionatı çoxdur, mötəbər yarışlardır, amma dünya çempionatında və olimpiada hər bir idman növü üçün bir nömrəli idman yarışıdır.

        Biz Sidneydə olarkən orada Füzuli müəllimlə fikir mübadiləsi aparırdıq. Məhz Füzuli müəllimin taekvondoya gəlməsi ilə bu fikir yaranmışdır və mən bu gün çox şadam ki, o vaxt biz düzgün qərar qəbul edə bildik. Düzdür, Füzuli görkəmli karate ustasıdır, dünya çempionudur. Onu Azərbaycanda hamı tanıyır. Bir idman növündən başqa idman növünəyeni adamın gəlməsi,əlbəttə ki, müəyyən çətinliklərlə də müşayiət oluna bilər, müəyyən müqavimət də göstərilə bilərdi. Eşitdiyimə görə, göstərilmişdir. Amma gərək biz həmişə bir şeyi nəzərdə saxlayaq. Bizim üçün əsas meyar, əsas məqsəd idmançılarımızın uğurlu çıxışlarıdır, vətənə gətirilən medalların sayıdır. Bu iş iki istiqamətdə aparılmalıdır. Idmana rəhbərlik edən qurumlar, federasiyalar, Milli Olimpiya Komitəsi tərəfindən idmançılara mümkün qədər hər cür şərait yaradılmalıdır. Idmançılar isə buna cavab olaraq, öz nəticələri ilə bütün xalqımızı sevindirməlidirlər.

Mən görürəm ki, taekvondo idman növündə bu iki əsas prinsip öz əksini tapıbdır və bu, onu deməyəəsas verir ki, idmançılarımız gələcəkdə də çox böyük nailiyyətlər əldə edəcəklər.

Burada Kəmaləddin müəllim qeyd etdi, mən hesabat yığıncağında demişdim ki, Afina olimpiadasına cəmi üç il qalıbdır. Həqiqətən bunu o mənada demişdim ki, Afinaya indidən hazırlaşmaq lazımdır. Bizim bütün tədbirlərimiz, cədvəllərimiz, planlarımız, təlim-məşq toplanışları indidən ona yönəlməlidir ki, Afinaya tam hazır olaq. Mümkün qədər bütün idman növləri üzrə orada yüksək nəticələr göstərək.

Bir halda ki, Azərbaycan Sidneydə iki qızıl, bir bürünc medal qazana bilibsə, mən o fikirdəyəm ki, Afinada bu nəticələr daha da yüksək olmalıdır. Ancaq dünyada rəqabət artır. Indi dünyada müxtəlif idman növləri inkişaf edir və bəzən gözlənilmədən hansısa ölkənin nümayəndəsi onun üçün ənənəvi olmayan idman növündə yüksək nəticələr göstərir. Ona görə Afinada keçiriləcək olimpiya oyunları təbii ki, idmançılarımzdan daha  böyük güc, daha yüksək hazırlıq tələb edəcəkdir. Rəqiblərimiz daha da hazırlıqlı olacaqlar. Buna baxmayaraq, mən bu məsələyə çox nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan müxtəlif idman növlərində Afinada ləyaqətlə təmsil olunacaqdır.

İdman inkişafdadır. Nəticələr də göz qabağındadır. 2001-ci ilin birinci yarısında Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən dünya, Avropa çempionatlarında da böyük nailiyyətlər əldə ediblər. Qızıl, gümüş, bürünc medallar qazanıblar. Bu, bizi çox sevindirir və onu göstərir ki, olimpiadadan sonra Azərbaycanda gərgin iş gedir. Adətən, olimpiadalardan sonra idmançılarda bir növ arxayınlıq hissi yaranır, idmançılar bəlkə də istirahətə daha çox maraq göstərirlər. Təbii ki, bu da olmalıdır. Amma çox şadam ki, bizdə olimpiadadan sonra çox böyük, gözəl nəticələr müşahidə olunur.

Mən taekvondoçularla belə geniş tərkibdə ilk dəfədir görüşürəm. Ondan qabaq ayrı-ayrılıqda bizim görüşlərimiz olubdur. Ancaq hesab etdim ki, bu görüş lazımdır. Çünki sizi gələcəkdə çox məsuliyyətli yarışlar gözləyir. Siz müstəqil Azərbaycan dövlətini təmsil edirsiniz. Azərbaycan gənc, müstəqil dövlətdir. Bizim həmişə, bütün zamanlarda çox görkəmli, istedadalı idmançılarımız olubdur. Ancaq o vaxt Azərbaycan müstəqil dövlət deyildi və təbii ki, idmançılarımız Sovet İttifaqının komandası tərkibində çıxış edirdilər. Ancaq Azərbaycan müstəqil dövlət olandan sonra, əlbəttə, bu, bizim məsuliyyətimizi qat-qat artırır.

Sidneydə keçirdiyimiz unudulmaz günlər - Füzuli də bizimlə bərabər olubdur - hələ indiyənə qədər mənim gözümün qabağındadır. O sevinc hissi, qələbə hissi, hansı ki, biz orada yaşamışıq və burada da bütün millət, bütün xalq yaşayıb - gərək biz onu yenə təkrar edək. Bizim xalqımıza, müstəqil ölkəmizə yeni-yeni böyük qələbələr gətirək. Bu da sizdən asılı olacaqdır.

        Bu gün bizimlə bərabər Koreyadan gəlmiş dostlarımız da buradadırlar,Azərbaycan dilindədanışmağı da bilirlər. Bu da çox gözəl haldır. Çünki bu onu göstərir ki, Taekvondo Federasiyası artıq beynəlxalq aləmdə tanınır. Sizin beynəlxalq əlaqələriniz güclənir. Əgər belə olmasaydı, yəqin onlar buraya gəlməzdilər. Əlbəttə ki, onların tərəfindən göstərilən yardımlar, hesab edirəm, gələcək fəaliyyətimiz üçün, gələcək  çıxışlar üçün çox əhəmiyyətli olacaqdır. Ona görə bu fürsətdən istifadə edib, onlara Milli Olimpiya Komitəsinin adından təşəkkürümü bildirmək istəyirəm ki, öz vətənlərindən ayrılıb Azərbaycana gəliblər, bizimlə bərabər işləyirlər, bizə kömək edirlər. Əminəm ki, bu köməyin real, əməli, praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik.

        Əziz dostlar, bir sözlə, mən sizi qazanılmış bütün nailiyyətlər, qələbələr münasibətilə bir daha təbrik edirəm. Arzu edirəm ki, sizin medallarınızın sayı daha da çox olsun. Əminəm ki, siz dünya çempionatında çıxış edəcəksiniz vəyüksək nəticələr göstərəcəksiniz. Ola bilsin ki, kimsə medal qazanmaya da bilər. O da faciə deyildir. Əsas məsələ ondadır ki, sizin hər biriniz yarışlarda iştirak edəndə bilməlisiniz ki, Azərbaycanda, Bakıda sizin qələbələrinizi gözləyirlər. Sizin fəaliyyətiniz, çıxışlarınız Azərbaycanda izlənir və hər bir azərbaycanlı, hər bir vətənpərvər vətəndaş bu ümidlə yaşayır ki, Azərbaycanın bayrağı bir daha qaldırılsın. Azərbaycanın, müstəqil dövlətimizin dövlət himni bir daha səslənsin.

        Mən sizin hamınıza - Federasiyanın rəhbərlərinə, xarici qonaqlara, ilk növbədə idmançılara uğurlar arzu edirəm. Hesab edirəm ki, dünya çempionatından sonra biz burada bir daha görüşəcəyik vəsiz yeni qələbələr haqqında mənə məruzə edəcəksiniz. Sağ olun.

 

                        x                  x               x

Sonra görüşdə iştirak edən koreyalı məşqçisi Kin Kabsu Azərbaycan Taekvondo Federasiyasına göstərdiyi qayğıya görə MOK-un prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi və vurğuladı ki, Azərbaycan idmançıları gələcəkdə bu idman növündə çox böyük nailiyyətlər qazanacaqlar.

        O, Seul olimpiadasının rəmzləri sayılan hədiyyələri İlham Əliyevə təqdim etdi.  

        Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov  idmançılarımızın Ümumdünya festivalında aldıqları kuboku MOK-un prezidenti İlham Əliyevə təqdim etdi.

        Görüşdə MOK-un vitse-prezidentlri çingiz hüseynzadə və Xəzər İsayev iştirak edirdilər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH