MİLLİ RƏSSAMLIQ MƏKTƏBİNİN PATRİARXLARINDAN BİRİNİN SƏRGİSİ KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Muzey Mərkəzində Rəssamlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq rəssamı Rasim Babayevin sərgisi açılacaqdır.
Azərbaycan Rəssamlar İttifaqı sədrinin müşaviri, əməkdar rəssam Ənvər Qarayevin sözlərinə görə, milli rəssamlıq məktəbinin patriarxlarından biri sayılan Rasim Babayev ötən il vəfat etmişdir. Onun əsərləri Azərbaycan muzeylərində, şəxsi kolleksiyalarda, Rusiya Rəssamlar İttifaqında, Dövlət Tretyakov Qalereyasında, Moskvadakı Şərq Xalqları İncəsənəti Muzeyində, Parisin “De France” qalereyasında, Helsinkidəki “Kaj Forsblom” qalereyasında saxlanılır. Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyada keçirilən sərgilərdə təsviri sənət biliciləri onun əsərlərini yüksək qiymətləndirmişlər.
Rəssamın 70-ə yaxın əsərinin təqdim olunacağı sərgi aprelin 28-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]