Millimizin sabiq futbolçusu Rusiyada klubunu dəyişib
Bakı, 13 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı futbolçu qonşu ölkənin digər təmsilçisi “SKA-Xabarovsk” klubuna keçib. Bu barədə azərbaycanlı hücumçunun yeni klubu məlumat yayıb. Xabarovsklular futbolçunu 2021/2022-ci il mövsümünün sonunadək icarəyə götürüblər.
“SKA-Xabarovsk” Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) mübarizə aparır. K.Əliyev artıq yeni komandasında debüt də edib. O, Moskva “Spartak”ının ikinci komandası (0:1) və Vladiqafqaz “Alaniya”sı ilə (1:3) oyunların iştirakçısı olub. Xabarovsk təmsilçisi bu mövsüm keçirdiyi 10 oyunda 17 xal toplayıb və 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Sözügedən klub onu da Yekaterinburq “Ural”ından icarəyə götürüb. Komandanın baş məşqçisi isə vaxtilə Azərbaycanda “Simurq” komandasını da çalışdırmış Sergey Yurandır. O, vaxtilə K.Əliyevin “Ximki”də baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]