“MİNGƏÇEVİR ARXEOLOJİ EKSPEDİSİYASI-60” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Mayisə Rəhimova Mingəçevirin yerləşdiyi coğrafi mövqedən, arxeologiya elminin inkişafında burada aparılmış qazıntıların rolundan, eləcə də şəhərin qısa vaxt ərzində inkişafından və hazırda ölkənin böyük sənaye mərkəzlərindən birinə çevrilməsindən danışmışlar.
İnstitutun məsul işçiləri, tanınmış tarixçi alimlər “Mingəçevir qazıntılarının Qafqaz Albaniyası dövlətinin tarixinin öyrənilməsi üçün əhəmiyyəti”, ”Mingəçevirin nadir arxeoloji kompleksi”, XX əsrdə aparılmış çöl etnoqrafik tədqiqatlarına reprospektiv baxış”, “Ağdaş qolu”nun eneolit dövrünün yaşayış məskəni olması”, “Orta əsr qəbir daşları üzərində olan ornamentlər” və digər mövzularda məruzələr etmişlər.
Sonda Minğəçevir şəhərinin yaradılmasının 58-ci ildönümünə həsr olunmuş ədəbi-bədii konsert olmuşdur.