Mingəçevir Dövlət Universitetində “Amerikada təhsil proqramları” mövzusunda seminar keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
Cari ilin aprelin 20-də Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı (KİM) ilə “Amerikada təhsil proqramları” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təhsil olacağının tələbə və magistrantlarının iştirak etdiyi seminarda MDU-nun Xarici dillər kafedrasının müəllimi Lalə Rüstəmova təqdimatla çıxış edib. Təqdimatda Amerika universitetlərində təhsil almaq üçün mövcud təqaüd proqramları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.