REGİONLAR
Mingəçevir Dövlət Universitetində tələbələrin rəqəmsal media bacarıqları ilə bağlı təlimlərə başlanılıb
Mingəçevir, 7 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tələbələrin müasir rəqəmsal media bacarıqlarının artırılması üçün silsilə təlimlərə start verilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDU-nun tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk təlim günündə bu ali təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Müşfiq Hüseynov "Rəqəmsal media bacarıqlarının artırılması, ilkin anlayışlar" mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda rəqəmsal media bacarıqlarına yiyələnməyin zəruriliyi və əhəmiyyəti diqqətə çatdırılıb, kommunikasiyanın növləri və əsas anlayışları, psixoloji və sosioloji aspektləri barədə ətraflı məlumat verilib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Proqrama uyğun olaraq təlimlərin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]