REGİONLAR
Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib








Mingəçevir, 20 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
20 Yanvar şəhidlərinin xatirəsi Mingəçevir şəhərində böyük ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərdəki “Şəhidlər” abidə kompleksinin önündə anım mərasimi keçirilib. Şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, deputat Aydın Mirzəzadə, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar abidə kompleksinin önünə əklil və gül dəstələri düzüblər. Şəhid məzarları ziyarət edilib, onların xatirəsi dərin hörmətlə yad olunub, ruhlarına dualar oxunub.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq Mingəçevir Dövlət Dram Teatrı ilə Bakı Uşaq və Gənclər Teatrının birgə ərsəyə gətirdiyi, Azərbaycan Respublikasının dövlət rəmzlərinə həsr olunan "Vətən" kompozisiya-tamaşası nümayiş olunub.