Mingəçevirdə qanvermə aksiyası keçirilmişdir
Mingəçevir, 15 noyabr (AZƏRTAC). Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi birgə Aşura günü ilə əlaqədar Mingəçevir şəhərindəki “Heydər” məscidində könüllü qanvermə aksiyası keçirmişlər.
AZƏRTAC xəbər verir ki, qana ehtiyacı olan xəstələrə kömək məqsədilə təşkil olunan humanitar tədbirdə şəhərin dindarları, icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak etmişlər.
Mərkəzi Qan Bankının Mingəçevir regional filialının həkim briqadası aksiyada iştirak edənlərin sağlamlıq durumunu yoxladıqdan sonra onlardan qan götürülmüşdür.
Aksiyada ümumilikdə 200 nəfər iştirak etmişdir.
Yerli sakinlər bu cür xeyirxah tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]